İerevan Universitetində partlayış baş verib, yaralananlar var
11:20 / 17.11.2023
Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin
Kimya, Coğrafiya, Əczaçılıq İnstitutunun yerləşdiyi korpusda
partlayış baş verib.
Hələlik partlayışın dəqiq səbəbi məlum deyil.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış
universitetin kimya fakültəsinin zirzəmisində baş verib, burada
təmir işləri aparılıb.
İlkin məlumata görə, 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili
tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər
cəlb ediliblər. Tədris prosesi dayandırılıb.