Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə
ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin
köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər
Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi
əsassız açıqlamalarına dair şərhində deyilir.
Qeyd edilib ki, ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın
2020-ci il
Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn
öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların
tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib.
"Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi
qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar
Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren
hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi
üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran)
prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən
səylərə xələl gətirən hər hansı bir şərh yersizdir",
- deyə əlavə edilib.
Mənbə: trend.az