Qara dənizdə qasırğa Türkiyəyə məxsus yük gəmisini batırıb.
Bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
İçərisində 12 nəfər heyət üzvünün olduğu gəmi ilə əlaqə saxlamağın
mümkün olmadığı bildirilib. Ekipaj
üzvlərinin itkin düşdüyü güman
edilir.
Başqa bir yük gəmisi qasırğanın təsirindən sahilə çıxıb.
Dəniz İşləri Baş İdarəsi Kamerun bayrağı altında üzən gəmidə olan
13 personalın hamısının xilas edildiyini açıqlayıb.