Markoya hücum edən azarkeş həbs edildi
PSV-nin azarkeşi Avropa Liqasının pley-offunda "Sevilya" ilə cavab görüşündəki hərəkətlərinə görə həbs cəzası alıb.

Həmin azarkeş fevralın 23-də keçirilən matçda rəqibin qapıçısı Marko Dmitroviçə hücum edib. Qapıçı xəsarət almayıb. Hətta Dmitroviç onu dayandırmağa,
zərərsizləşdirməyə çalışıb.

Araşdırmadan sonra azarkeş bu hərəkətinə görə 3 aylıq həbslə cəzalandırılıb.

Qeyd edək ki, “Sevilya” PSV-ni 2 oyunun cəmində (3:0; 0:2) məğlub edərək, 1/8 finala adlayıb.

Mənbə: Sportfm.az
Print Email
FaceBook Twitter Google