Futbol üzrə milli komandanın üzvü Budu Zivzivadze rus qanunlarına
etirazla bağlı nümayişlərə münasibət bildirib.
O, futbolu düşünüb Avropa çempionatına hazırlaşmaq əvəzinə ölkədə
baş verən hadisələrlə bağlı ictimai mövqe sərgiləməli olduğundan
narahatlığını bildirir, baxmayaraq ki, bir vətəndaş kimi məsuliyyət
hiss edir.
“Çox üzücüdür ki, bir idmançı, konkret olaraq bir
futbolçu kimi futbol haqqında düşünməli və Avropa çempionatına
hazırlaşmalı olduğum halda ikinci dəfə ölkədə baş verən hadisələrlə
bağlı fikrimi bildirməliyəm. Böyük bir futbol forumunda ölkəmin
adınının çəkilməsi üçün hazırlaşmalıyam, amma adi bir Gürcüstan
vətəndaşı kimi mən bunu təkrar etməyə borcluyam.
Rusiyaya və Gürcüstanı Rusiyaya tərəf itələyən hər şeyə yox
deyirəm. Gürcüstanın yolu Avropayadır. Mən Gürcüstanın gələcəyi
üçün öz sağlamlıqlarını riskə atan gənclərin yanındayam. Dinc
nümayişçilərə hücum etmək üçün heç bir əsas yoxdur.
İstəyirəm ki, Gürcüstan həmişə 26 mart gecəsi olduğu kimi birləşsin
və xoşbəxt olsun. Mən Gürcüstanam!", - futbolçu
sosial şəbəkədə yazıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.