Nino Tandilaşvili: “COP29 Cənubi Qafqaz ölkələri üçün regiondakı problemləri müzakirə etmək imkanıdır”
Bakıda keçiriləcək noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Cənubi Qafqaz ölkələri üçün iqlim dəyişikliyi sahəsində regionun üzləşdiyi problemləri müzakirə etmək imkanıdır.

Bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionunda
daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Gürcüstan "yaşıl sahə"də gündəliyini genişləndirməyə çalışır: “İqlim dəyişikliyini həll etmək üçün təkcə uyğunlaşma deyil, həm də yeni standartların tətbiqi vacibdir. COP29 Cənubi Qafqaz ölkələri üçün regiondakı problemləri müzakirə etmək imkanıdır".

O, Gürcüstanın Avropa İttifaqına namizəd statusu aldığını xatırladıb: “İnteqrasiya prosesimiz intensivləşib, biz üzərimizə düşən bütün məsuliyyəti tam başa düşürük”.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google