Rusiyalı terapevt, diyetoloq, tibb elmləri doktoru Marqarita
Korolyova buxarda bişmiş düyünün sinir sistemi üçün olduqca faydalı
olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, buxarda hazırlanmış düyüdə çoxlu B
vitaminləri var ki, insan orqanizminin buna böyük ehtiyacı var.
“Düyünün bütün qida dəyərini qorumaq üçün buxarda bişirmək
lazımdır. Eyni zamanda, bişmə zamanı B vitaminləri və əlavə
minerallar düyünün üst qatından əsas hissəsinə
keçir”, - deyə Marqarita Korolyova izah edib.
İnsanda qrup vitaminləri kifayət qədər olmadıqda müxtəlif nevroloji
pozğunluqlar yarana bilər. Marqarita Korolyova düyünü gecə soyuq
suda isladıb, səhər su şəffaflaşanadək yaxalamağı, ondan sonra
bişirməyi məsləhət görür.
“Bu, yüksək glisemik indeksi olan nişastanın tərkibini minimuma
endirmək üçün lazımdır. Yalnız bundan sonra düyü bişirməyə
başlamalısınız. Onu səhər yeməyi, nahar və ya şam yeməyində yeyə
bilərsiniz”, - deyə həkim qeyd edib.
Diyetoloq, həmçinin bağırsaq hərəkətliliyini yaxşılaşdırmaq üçün
düyünü tərəvəz və göyərti ilə birlikdə bişirib yeməyi məsləhət
görür.
Saglamolun.Az