Ulduz falı: 6 oktyabr, 2023-cü il
Qoç, 6 oktyabr, 2023-cü il

Biznesdə təşəbbüs göstərmək istəyirsiniz. Bunu inkar etməyin. Gün yeni öyrənmək, qeyri-adi problemləri həll etməyə çalışmaq üçün mükəmməldir.

Uzun müddət əvvəl öyrəndikləriniz faydalı olacaq. Ətrafınızdakı insanlar bilik və təcrübənizə heyran qalacaqlar.

Planlar qurmaq və planlarınızı həyata keçriməyə kömək edə biləcək insanlarla onları müzakirə etmək üçün yaxşı gündür. Bu gün davranışlarınız və
sözləriniz, mübahisələrə səbəb olmayacaq, çoxlarını öz tərəfinizə çəkəcəksiniz.

İş kimi başlayan münasibətlər sonda səmimi xarakter ala bilər.

Buğa, 6 oktyabr, 2023-cü il

Yaradıcılıq və təxəyyüldən uzaq olanlar üçün biznesə diqqət yetirmək çətin olacaq. Bu gün gündəlik tapşırıqlar son dərəcə darıxdırıcı görünə bilər. Onarı həll edərkən səhv etmək riski daşıyırsınız. Köhnə tanışlar tərəfindən kömək təklif edilərsə, imtina etməyin.

Gün ünsiyyət, ideya və planların müzakirəsi üçün münasibdir.

Hətta əvvəllər başı öz işlərinə qarışmış insanlar belə, sizi diqqətlə dinləyəcəklər. Çoxları sizi daha yaxından tanımaq istəyəcək. Romantik bir münaisbət gözlənilmir.

Əkizlər, 6 oktyabr, 2023-cü il

Qətiyyətli hərəkət edin, mütləq uğur qazanacaqsınız. Yolda maneələr ola bilər. Lakin siz onları necə dəf edəcəyinizi yaxşı bilirsiniz. Qeyri-adi fikirlər ortaya çıxa bilər. Bunu kiminləsə müzakirə etməzdən əvvəl diqqətlə düşünün.

Gözlənilməz mənbələrdən külli miqdarda pul daxilolmaları gözlənilir. Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Siz ağıllısınız, sizi və yaxınlarınızı uzun müddət sevindirəcək şeyləri seçə bilirsiniz.

Axşam Əkizlər bürcüsevərlərini xoş sürprizlər və xoş xəbərlər gözləyir.

Xərçəng, 6 oktyabr, 2023-cü il

Ətrafınızdakılarla yola getmək həmişəkindən daha çətin olacaq. Hətta köhnə tanışlar da sizi düzgün başa düşməyəcəklər. Sizə çox sadə görünən bir şeyi bir və ya iki dəfədən çox izah etməli olacaqsınız.

Buna baxmayaraq, əsəbləşməyəcəksiniz. Sakitliyiniz və xoş niyyətiniz çoxlarında xoş təəssürat yaradacaq.

Günün ikinci yarısında yaxşı ideyalar və yeni planlar üzə çıxacaq. Planınızı dərhal həyata keçirmək istəyəcəksiniz.

Bunun üçün fürsət yaxalaya biləcəksiniz. Səfərlər yaxşı nəticələnəcək.

Səfərə çıxmaq üçün uzaq və ya yaxını seçmək fərq etmir. Əsas mənzərənin dəyişməsidir.

Şir, 6 oktyabr, 2023-cü il

Gün olduqca gərgin keçəcək. Gözlənilməz xəbər sizi əsəbiləşdirəcək. Planlarınızı dəyişdirməli olacaqsınız.

İşdə ləngimələr ola bilər. Uzunmüddətli razılaşmalar pozula bilər. Bir qədər diqqətli olsanız, heç bir problem yaşamayacaqsınız. Yaşadığınız çətinliklər uğur qazanmağınıza mane olmayacaq.

Yaradıcı yanaşma, qeyri-standart baxış tələb edən məsələlərdə uğur qazanacaqsınız. Başqalarının diqqət etmədiklərini fərq etmək və düzgün nəticələr çıxarmaq bacarığınız işə yarayacaq.

Qız, 6 oktyabr, 2023-cü il

Ürəyiniz son zamanlar çox narahatdır. Maddi sıxıntılar üst-üstə gəlir. Hər hansı bir uğursuzluq sizi ciddi şəkildə narahat edir. Bu gün ortaya çıxacaq bütün problemləri səbrlə həll etməlisiniz. Yolda keçilməz maneələr olmayacaq.

Bu səbəbdən də hansısa iş səhv olarsa, drəhal planlarınızdan əl çəkməyi düşünməyin.

Dostlar sizin tərəfinizdə olacaq. Onların dəstəyi faydalı olacaq. Günün ikinci yarısı mühüm söhbətlər, sizi narahat edən məsələləri müzakirə etmək üçün mükəmməldir.

Tərəzi, 6 oktyabr, 2023-cü il

Gün sizi xoş xəbərlər və xoş təsadüflərlə sevindirəcək. Biznes sferasında yaxşılığa doğru dəyişikliklər, peşəkar uğurlar ehtimal olunur. İstənilən işi, hətta ən çətin işi belə həyata keçirə bilərsiniz. Səhv etməyəcək, gözləniləndən daha yaxşı nəticələr əldə edəcəksiniz.

Şəxsi münasibətlər sahəsində müsbət tendensiyaların təsiri nəzərə çarpacaq. Qohumlar sizi mükəmməl başa düşəcək və paylaşdığınız istənilən ideyanı həvəslə dəstəkləyəcəklər. Axşam romantik görüş üçün münasibdir.

Əqrəb, 6 oktyabr, 2023-cü il

Bu gün nə etməyi planlaşdırırsınızsa, israrlı olmağa hazır olun. İstədiyiniz nəticəni dərhal əldə edə bilməyəcəksiniz.

Zamanla uğur qazanacaqsınız. Planlarınız nüfuzlu insanları maraqlandıracaq. Onlarla danışıqlar aparmaq asan olmayacaq, amma öhdəsindən gələ bilərsiniz.

Pulla ehtiyatlı olun.

Bu gün qeyri-ciddiliyə meylli olacaqsınız, bu səbəbdən də, uğursuz sövdələşmələr mümkündür. Şəxsi münasibətlərdə xoşagəlməz sürprizlərdən qorxmayın. Çünki bu sahədə müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək.

Oxatan, 6 oktyabr, 2023-cü il

Bu gün siz həmişəkindən daha tez əsəbiləşəcək və əsəbi olacaqsınız.

Emosiyaların təsiri altında sonradan peşman olacağınız bir şey söyləyə və ya edə bilərsiniz. Qərar verməkdə tələsməyin. Bu qərarlar sizin üçün və başqaları üçün xüsusi vacibdirsə, daha diqqətli olun.

Müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq və günortadan sonra hər şeyin yaxşı getdiyini hiss edəcəksiniz.

Köhnə işlərə və layihələrə qayıda bilərsiniz.

Bu dəfə istədiyiniz nəticəni əldə etmək şansınız olacaq.

Qohumlar kömək etməkdən məmnun olacaqlar.

Oğlaq, 6 oktyabr, 2023-cü il

Gün işgüzar görüşlər, həmfikirlərin və müttəfiqlərin axtarışı üçün münasibdir.

Yeni tanışlarla anlaşmaq asan olacaq, onlar sizin bir çox ideyalarınızı dəstəkləyəcəklər. Cəsarətli peşəkar təşəbbüslər uğurlu olacaq. Bəzi Oğlaqlar yeni gəlir mənbəyi tapacaqlar.

Şəxsi münasibətlər həmişə yolunda olamayacaq, lakin münaqişələrə yol verməyəcəksiniz. Sizin səyləriniz sayəsində mübahisə edənlər barışacaq. Axşam son vaxtlar yaxınları üçün narahat olan Oğlaqlar xoş xəbərlər alacaqlar.

Dolça, 6 oktyabr, 2023-cü il

Günə ən vacib suallara cavab verməklə başlayın. İstədiyiniz nəticəni necə əldə edəcəyinizi intuisiyanız sizə xəbər verəcək.

Bir çox Dolçalara gözləmədiyi insanlar kömək edəcəklər. Bu sizin üçün yeni peşəkar perspektivlər açacaq uzunmüddətli əməkdaşlığın başlanğıcıdır.

Günortadan sonra bir çox Dolçaları xoş sürprizlər gözləyir.

Ailə biznesi ilə bağlı xoş xəbərlər gözlənilir. Tətilə çıxın, dincəlin, istirahət edin. Bus günlərdə sizin ancaq istirahətə ehtiyacınız var.

Balıq, 6 oktyabr, 2023-cü il

Gün sakit başlamayacaq. Gözlənilməz çətinliklər yarana bilər. Özünüz də gözləmədiyiniz halda özünüzü böyük problemlərin içində görəcəksiniz. Nə edəcəyinizi dərhal başü düşməsəniz belə, günün sonu yaxşı olacaq. Pis heç nə gözlənilmir. Bütün səhvlər tez bir zamanda düzəldilə bilər.

Günün ikinci yarısı ciddi məsələlərin həlli üçün münasibdir.

Bu zaman həm də ünsiyyət üçün əlverişli olacaq. Müxtəlif insanlarla asanlıqla ümumi dil tapa bilərsiniz.

Hətta adətən heç kimi sevməyənlərdə də xoş təəssürat yarada bilərsiniz.
Print Email
FaceBook Twitter Google