Qoç - çox mürəkkəb, ağır gündür. Sizə birbaşa dəxli olmayan
münaqişəli situasiya yaranacaq. Məğlub tərəfi dəstəkləsəniz,
itkilər verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə edin.
Şübhəli layihələrə, avantüralara qatılmayın. Pulla və ya əmlakla
risk etməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla mübahisələr
adi günlərlə müqayisədə daha çox olacaq. Neqativ emosiyaların
təsiri altına düşməyin. Sadəlövh insanların təkliflərinə
aldanmayın.
Axşam saatlarında
normal istirahət edin.
Buğa - asan olmayan, qarışıq və laübəli gündür. Məqsədə aparan
yolda ciddi problemlər və çətinliklərlə qarşlaşmağınız istisna
deyil. İradəli və qətiyyətli olmaqla bahəm, inadkar olun.
Tərəfdaşlarla müttəfiqlər sizi dilə tutaraq optimal variant təklif
etsələr də, məqbul bildiyiniz yolu seçin.
Maraqlarınız və sizə bel bağlayan insanların istəkləri arasında
seçim məcburiyyətində qala bilərsiniz.
Günün ikinci yarısında qərarlarınızla əməlləriniz yaxın
ətrafınızdakı insanlara qəribə təsir bağışlaya bilər. Axşam
saatlarında aktiv olun.
Əkizlər - gün maraqlı görüşlər vəd edir. Sizi tez anlayacaq,
hisslərinizi dərk edəcək insanla qarşılaşa bilərsiniz. Bu gün
başlayacaq romantik münasibətlər harmonik inkişaf edə bilər. Bunun
üçün hadisələrə süni təkan verməyin, təzyiq və ya pressinqə əl
atmayın.
Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımamalıdır.
Texnika və ya avadanlıq sıradan çıxa bilər. Sükan arxasında çox
vaxt keçirməyə dəyməz.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - diqqətli, sayıq, sərvaxt olun. Xırdalıqlara və ilk
baxışdan önəmsiz təsir bağışlayan detallara fikir verin. Yaxın
gələcəklə bağlı qayğılar, təlaş sizdə narahatlıq yarada bilər.
Bütün diqqəti mühüm, aktual işlərə yönəldin. Maraqlı təkliflər
alsanız da, tələsməyin. Tələsik qərar ziyanlıdır. Amma süst və
astagəl də olmayın. Geciksəniz, bədxah və ya rəqiblərdən biri sizi
mütləq şəkildə qabaqlayacaq.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin.
Problemlərin həllində orijinal olun. Yardım istəməkdən
çəkinməyin.
Şir - sənədlərlə iş və ya hesablamalarla müqayisədə ünsiyyət,
təmaslar daha xoş keçəcək. Dəqiq və səliqəli olun. Sayıq
davranmağınız gərəkən yerdə düşünülməmiş addımlar atsanız, çox ağır
fəsadlarla qarşılaşa bilərsiniz.
Yaradıcı yanaşma tələb edən işlərdə isə irəliləyişlər ola bilər.
İntuisiya sizə dürüst yolu göstərəcək. Təcrübəli insanların
məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında səfər və ya səyahətə çıxmaq fikriniz varsa,
bunun düşündüyünüzdən artıq vaxt aparacağına hazır olun. Şəxsi
münasibətlərdə yaranmış problemin həlli ilə bağlı mühüm xəbər ala
bilərsiniz.
Ehtiyatlı olun, düşünülməmiş addım atmayın.
Qız - həyatınızda köklü dəyişikliklərə nail olmaq istəyirsiniz? Bu
gün işə başlayın. Situasiyanı dərindən hiss etməyə çalışın.
Mövqeyinizi məntiqi arqumentlərlə dəstəkləyə bilməsəniz də,
irəliləyin, aktiv olun. Boş dayanmayın. İntuisiyanız güclüdür. Az
sonra baş verə biləcək hadisələri qismən də olsa, təxminləməyə
çalışın.
Günün ikinci yarısında orijinal ideyaları, maraqlı təklifləri olan
insanlar sizə müraciət edəcəklər.
Səfər və səyahətlər üçün əlverişli zamandır. Yolda xoş
təəssüratlarla qarşılaşa bilərsiniz.
Tərəzi - yaxşı çalışa bilərsiniz. Peşəkar məsələlərin öhdəsindən
gəlmək üçün var gücünüzlə çalışın. Şəxsi münasibətlərdə müsbət
təmayüllərin təsiri azdır. Sevdiyiniz insanla təmaslarda ciddi
fikir ayrılığı və ya ixtilaf yarana bilər. Güzəşt əldə etmək, ortaq
məxrəcə gəlmək çətinləşir.
Günün ikinci yarısında hadisələrə süni təkan verməyin. Az sonra
yeni şərtlər yaranacaq, yeni məlumat əldə edəcəksiniz. Sövdələşmə
və ya razılaşmaya nail olmaq mümkündür.
Alış-veriş üçün münasib vaxtdır. Bədxərclik etməyin, pullarınızı
ağılla xərcləyin. Uzaq perspektivlə bağlı planlar qurmaq olar.
Situasiyanı ciddi təhlil edin, durumun mənfi və müsbət yönlərini
dəyərləndirin.
Əqrəb - şəxsi münasibətlərdə pozitiv dəyişikliklər ola bilər.
Yaxınlarınızla təmaslarda harmoniyaya can atın. Sevdiyiniz
insanları anlamağa, onları dinləməyə çalışın. İşlərinizdə ertələmə
və ya təxirəsalmalara yol verməyin.
Ev işləri, yaşam arealında yenilikliklər üçün əlverişli
zamandır.
Kulinar eksperimentlər uğurlu olacaq.
Günün ikinci yarısında fəaliyyətinizdə ciddi irəliləyişlər
olmayacaq. Hətta ən kiçik uğurlarınız belə yaxın ətrafınızdakı
insanlardan birində hədsiz paxıllığa səbəb olacaq. İşdə rəhbərliklə
mübahisə etməyin.
Oxatan - ehtiyatlı olun. Travmalar, zədələr riski var. İtkilər,
xoşagəlməz hadisələr istisna deyil. Təkbaşına çalışmaqdan, şübhəli
işlərə, aşkar avantüralara qoşulmaq ideyasından çəkinin.
Məhkəmə çəkişmələri, hüquqşünaslarla məsləhətləşmə, əmlak
məsələlərinin həlli üçün əlverişsiz zamandır.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə
edə bilərsiniz. Şəxsi münasibətlərdəki problemi həll etmək üçün
özünüzə kənardan baxın, davranışınızda dəyişikliklər edin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oğlaq - başqalarının problemlərini həll etmək üçün izafi səylər
göstərməyin. Öz çətinliklərinizin aradan qaldırılmasının yollarını
düşünün. Çoxdan bəri sizə qarşı məkrli planlar quran bədxahlardan
birinin öhdəsindən gələ bilərsiniz. Sürəkli mübarizə apardığınız
insanı tərksilah edin. Aktiv, enerjili, iradəli olun.
Günün ikinci yarısında rəqiblərinizi üstələməyin variantlarını
hesablayın.
Dəvət olunduğunuz yerə qatılmaq üçün pis vaxt deyil. Maraqlı
tanışlıq və yaddaqalan görüş sizi gözləyir.
Dolça - yaşamınızı çətinləşdirməyin, həyatınızda əlavə problemlər
yaratmayın. Dəqiq və sərrast qərarlar göz qarşısındadır.
Çətinliklərin həlli üçün baş sındırmayın. Sadəcə, istədiyiniz
variant seçin.
Qeyri-formal şəraitdə həmkarlarla görüş və müzakirə üçün münasib
zamandır. Şaiyə və iddialardan faydalı məlumat əldə etmək olar.
Dəyər verdiyiniz insandan günün ikinci yarısında maraqlı xəbər
alacaqsınız. Qəfil dəvət ola bilər. Sadə, səmimi, təvazökar
davranın. Belədə ətrafınızdakı insanların diqqətini cəlb edə
bilərsiniz.
Balıqlar - mürəkkəb, ziddiyyətli, qarışıq və gərgin gündür.
Əhvalınız tez-tez dəyişəcək. Hər şeyə rəğmən nikbin davranın,
özünüzə əmin olun. Bədbinliyə qapılmayın, ruhdan düşməyin.
Maraqlana biləcəyiniz işi tapmaq asan deyil.
Günün ikinci yarısında macəra, yaddaqalan istirahət istəyi yarana
bilər. Fəqət bu arzular çin olmayacaq.