Ulduz falı: 23 noyabr, 2023-cü il
Qoç, 23 noyabr, 2023-cü il

Hər gün qızğın müzakirələrlə keçir. Adətən bu müzakirələr faydalı olur, yardım edir. Heç kəsi incitmədən öz baxışınızı müdafiə etməyə çalışırsınız.

Ətrafınızdakılar buna görə sizə minnətdar hiss edirlər.

Maliyyə məsələlərini həll etməyə tələsməyin. Söhbət pula gəldikdə, siz qeyri-ciddiliyə meyillisiniz.

Bu səbəbdən də, xırda-xırda işlərə xeyli pul xərcləyə bilərsiniz. Qoç sevənləri xoş sürprizlər gözləyir. Son zamanlar çətin olan münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişə bilər.

Buğa, 23 noyabr, 2023-cü il

İstirahət etmək üçün əla gündür. Stressli vəziyyətlərdən qaçmağa və xüsusilə yorucu işləri təxirə salmağa çalışın. Gündəlik işinizə ara vermək sizə zərər verməyəcək.

Qısa bir səyahət və ya mənzərəli yerləri gəzmək keyfinizi açacaq. Bir çox Buğa bürclərini qeyri-adi görüşlər gözləyir. Bir zamanlar sizə əziz olan insanlarla münasibətləri bərpa etmək şansınız olacaq.

Siz hamı ilə mehriban olmağa çalışır, mübahisələrdən qaçır və bir çox gərgin vəziyyətlərdən çıxmağa yol tapa bilirsiniz. Sizin sayənizdə uzun müddətdir ki, küsülü olan insanlar barışa bilir.

Bu gün bəzi ailə problemlərinizi də həll edə biləcəksiniz.

Əkizlər, 23 noyabr, 2023-cü il

Siz çox fərqli xarakterə sahib olan insanlarla dərhal münasibət qura bilirsiniz. Bu gün də sizin insanlarla ünsiyyətiniz üçün əlverişli gündür. Siz hamı ilə yaxşı yola gedirsiniz. Əlaqə qurmaqda son dərəcə istəksiz olan, ən tutarlı arqumentlərə belə qulaq asmayanlarla razılığa gələ bilirsiniz. Onlarla söhbətlər zamanı hətta uzaq gələcəklə bağlı məsələləri müzakirə edə bilərsiniz. Bu gün verilən qərarlar mühüm məqsədə tez çatmağınıza kömək edəcək.

Bu gün bəzi Əkizlər yaxşı alış-veriş edəcəklər. Çünki onlar həm özlərini, həm də yaxınlarını sevindirəcək şeyləri seçirlər. Günün ikinci yarısında xırda problemlər sizi narahat etməsin. Tezliklə unudulacaq problemləri siz ürəkdən qəbul etməyə meyllisiniz.

Xərçəng, 23 noyabr, 2023-cü il

Gününüzü vacib işlərlər başlayın. Səhər çətin məsələlərin həlli, əvvəllər başladığınız işi başa çatdırmaq üçün əlverişli zamandır.

Eyni zamanda gələcək karyeranızda mühim rol oynaya biləcək insanlara
xoş təəssürat yaratmaq üçün də önəmli zamandır.

Siz enerjili və israrlısınız. Demək olar ki, keçə bilməyəcəyiniz maneə yoxdur.

Həftənin ikinci yarısı daha sakit keçəcək. Dostlarla görüşlər və bəzi ev tədbirləri üçün yaxşı əlverişli zamandır.

Sevdiklərinizi sevindirməyə çalışırsınız. Onlar da sizin üçün əllərindən gələni edir. Gözlənilməz mənbələrdən nağd pul daxilolmaları mümkündür.

Şir, 23 noyabr, 2023-cü il

Bu gün siz hər şeydən həmişəkindən daha çox şübhələnirsiniz. Daxil olan hər hansı məlumatı dəfələrlə yoxlamağa çalışırsınız. Kimsə sizi rahatlıqla yoldan çıxara və ya sizdən faydalana bilməz.

Kimin sizə qarşı səmimi və dürüst olduğu, kimin hiyləgər olmağa çalışdığını dərhal müəyyən edə bilirsiniz.

Bu gün verilən qərarlar bir çox Şir bürcünə boş ümidlərdən və məyusluqlardan qaçmağa kömək edəcək.

Gün bəzi vacib şeylər haqqında yaxınlarınızla danışmaq üçün münasibdir. İndi bir-birinizi yaxşı başa düşür, kompromislər tapır, xırda şeylər üzərində mübahisə etmirsiniz.

Son zamanlar gərginləşən münasibətlər yaxşılığa doğru dəyişə bilər.

Qız, 23 noyabr, 2023-cü il

Uğurlu gündür. Sizi narahat edən heç bir şey yoxdur, çox şey yaxşı gedir. Fikirləri bölüşmək, təşəbbüs göstərmək faydalı olacaq.

Mütləq dəstək alacaqsınız. İş və təhsillə bağlı yeni planlar yarana bilər. Onları həyata keçirməyə başlamaq hələ tezdir. Bir müddət sonra mütləq planlarınıza qayıdacaqsınız.

Həmişəkindən daha çox ev işləri olacaq. Ancaq bu gün onlar sizə darıxdırıcı görünməyəcək.

Günorta dostlar və ya digər yaxınlarınızla görüşmək üçün əla vaxtdır. Danışmaq üçün çox maraqlı mövzular olacaq.

Tərəzi, 23 noyabr, 2023-cü il

Siz aktiv və israrlısınız. Şərait ən əlverişli olmasa belə, planlarınızdan əl çəkmirsiniz və məqsədlərinizə çatırsınız.

Qarşılaşdığınız xoş təsadüflər, sizə maraqlı fikirlər verəcək. Bəzi gözlənilməz hadisələr baş verə bilər. Tez bir zamanda maraqlı məlumatlar əldə edəcəksiniz.

Ancaq bəzən istirahət etmək üçün fasilə vermək lazımdır. Günortadan sonra çox narahatlığı özünüzdən uzaqlaşdırmağa çalışın. Xoş və ruhlandırıcı bir iş görmək üçün əlverişli zamandır.

Əqrəb, 23 noyabr, 2023-cü il

Bu günü faydalı və mühüm işə həsr etməyə çalışın. Çoxdan qarşıya qoyduğunuz məqsədə çatmaq, çoxlarını çaşdıran məsələni həll etmək şansınız olacaq.

Bəzi Əqrəblər təkcə öz işlərinin öhdəsindən gəlmir, eyni zamanda ehtiyacı olanlara kömək edir, başqalarının səhvlərini vaxtında görə bilir və onları düzəltməyin yolunu tapa bilir.

Günün birinci yarısı nisbətən sakit, ikinci yarısı isə xoş təlaş və şən xaosda keçəcək. Əhvalınızı yüksəldən bəzi gözlənilməz görüşlər, planlaşdırılmamış səfərlər, ev hadisələri ola bilər.

Oxatan, 23 noyabr, 2023-cü il

Yalnız məhsuldar deyil, həm də maraqlı bir gündür.

Bəzi qeyri-adi yerləri ziyarət etmək, köhnə dostlarınızdan tamamilə fərqli insanlarla tanış olmaq imkanı olacaq. Bir çox hadisələrə yeni bir şəkildə baxacaq, daha əvvəl heç düşünmədiyiniz şeylərə diqqət yetirəcəksiniz.

Hətta çətin işlərin öhdəsindən belə, dərhal gələ bilirsiniz. Bu işdə təkcə təcrübə deyil, həm də intuisiya kömək edəcək. Məqsədə doğru ən qısa yolu tezliklə tapa bilirsiniz. Axşam romantik görüş üçün idealdır. Görüşünüz unudulmaz olacaq.

Oğlaq, 23 noyabr, 2023-cü il

Narahat gündür. Görülməli olan çox iş var. İlk olaraq nədən başlayacağınızı müəyyən etməyə çalışmalısınız.

Sizin yerinizdə başqası yəqin ki, çaşqın olardı. Amma siz əla iş görürsünüz. Müşahidə qabiliyyətiniz insanlarda həsəd yaradır. Siz başqalarının gözündən yayınan hər şeyi görürsünüz.

Günün ikinci yarısı qəribə hadisələrlə sizi təəccübləndirəcək. Gizli olaraq xəyal etdiyiniz hadisələr baş verə bilər. Ulduzların dəstəyi sayəsində sevdiyiniz insanın çoxdankı istəyini həyata keçirə biləcəksiniz.

Dolça, 23 noyabr, 2023-cü il

Bu gün vacib məsələləri həll edə bilər.

Bəzi gündəlik işlər üçün də uğurlu gündür. Siz təfərrüatlara diqqət yetirirsiniz, buna görə də kiçik səhvlərə yol vermirsiniz.

Başqalarının edə bilmədiklərinin öhdəsindən yaxşı gəlirsiniz. Qeyri-adi təkliflər ala bilərsiniz. Əvvəlcə onlar sizə olduqca qəribə görünə bilər, amma bu imtina etmək üçün səbəb deyil.

Alış-veriş üçün əlverişli gündür. Maraqlıdır ki, siz planlaşdırdığınızdan tamamilə fərqli işlər alırısınız və buna görə, peşman olmursunuz.

Hədiyyələr alacaqsınız. Bu hədiyyələri çox vaxt gözləmədiyiniz insanlar tərəfindən alaacqsınız.

Balıq, 23 noyabr, 2023-cü il

Gün məhsuldar gün deyil. Amma istirahət etmək, gücü bərpa etmək və gələcək haqqında sakit düşünmək imkanı verir. Planlar qurmaqda əlasınız.

Güclü tərəflərinizi düzgün qiymətləndirirsiniz. Amma çalışın ki, boş ümidlərə qapılmayasınız. Əvvəllər qeyri-mümkün görünən hər şey sizin praktikliyiniz və ehtiyatlılığınız sayəsində mümkün olur.

Öyrənmək həmişə asan deyil. Bəzi suallara iki və ya üç dəfə baxılmalı olacaqsınız. Amma siz səbirlisiniz və əla nəticə əldə edənə qədər geri çəkilməyəxcəksiniz.
Print Email
FaceBook Twitter Google