Ulduz falı: 27 noyabr, 2023-cü il
"Marneuli" radiosu 27 noyabr, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:

Qoç, 27 noyabr, 2023-cü il

Məqsədlərinizə çatmaq üçün bir az səbrli olmalısınız.

Həyat belədir ki, hər şey dərhal yaxşı olmur. Bəzən istədiyiniz nəticəni əldə etmək üçün bir neçə cəhd etməlisiniz. Bir çox adi tapşırıqlar bu gün həmişəkindən daha çətin olacaq. Dəstəyinə
ümid etdiyiniz insanlar sizi ruhdan sala bilər.

Çox vaxt mürəkkəb məsələləri həll etmək üçün vəziyyətə başqa cür baxmaq, əvvəllər diqqətdən kənarda qalan imkanları görmək lazımdır. Tez improvizasiya etməyə və qərarlar qəbul etməyə hazır olun.

Çox geclüsən. Başqalarının bacara bilmədiklərinin öhdəsindən yüksək səviyyədə gələ bilirsən.

Buğa, 27 noyabr, 2023-cü il

Qeyri-adi və çox maraqlı gün olacaq.

Yeni işlərə başlamalı, yeni tapıntılarını sınaqdan keçirməlisən.

Bəzən təsəvvürünü sərbəst buraxmağa çalış.

Bütün günü başqalarının əmrlərini yerinə yetirmək, göstərişlərə uyğun hərəkət etmək yorucu ola bilər.

Sadə monoton işlərlə məşğul olsanız, mütləq darıxacaqsınız. Bu səbbədən də çalışın ki, həyatınızı rəngarəng edəsiniz.

Qeyri-adi görüşlər gözlənilir. Sizinlə müqayisədə tamamilə fərqli biri ilə tnaış olacaqsınız. Onlarla ünsiyyət sizi ruhlandıracaq. Günün sonuna kimi mühim qərarlar qəbul edə bilərsiniz.

Əkizlər, 27 noyabr, 2023-cü il

Gün olduqca yorucu, lakin çox məhsuldar keçəcək.

Təkcə özünüz üçün deyil, ətrafınızdakılar üçün də çox faydalı işlər görəcəksiniz. Çətin vəziyyətdə olanlara kömək etmək imkanınız olduğu üçün özünüzü xoşbəxt hesab edirsiniz.

Bəzən başqaları üçün vacib olan şeylərə diqqət yetirmək üçün öz işlərinizi kənara belə qoyursunuz.

Şəxsi münasibətləriniz ahəngdar şəkildə inkişaf edəcək. Qayğı və diqqətinizə görə yaxınlarınız sizə minnətdardırlar. Günün ikinci yarısı dostlarla görüş və ümumi planların müzakirəsi üçün münasib olacaq.

Bəzi Əkizlər uzaqdan sevindirici xəbərlər alacaqlar.

Xərçəng, 27 noyabr, 2023-cü il

Günün ciddi problem gətirməsi ehtimalı azdır. Ancaq bəzən xırda şeylərə həddindən artıq reaksiya verirsiniz. Hətta başqa vaxt diqqət etmədiyin şeyləri belə ürəkdən qəbul edirisniz. Xırda problemlərə qapılmamağa çalışın. Əgər diqqətinizi vacib şeylərə yönəltsəniz, onlarla necə tez məşğul ola biləcəyinizi tez bir zamanda baaş düşəcəksiniz.

Gün oxumaq üçün əlverişlidir. Tez bir zamanda çox şey qavraya bilirsiniz.

Bilik və təcrübəni bölüşməyə hazır olan insanlarla ünsiyyət qurmaq maraqlı və xoş olacaq.

Günorta ailə fəaliyyəti üçün uyğundur. Evdə şənlik keçirmək üçün səbəbləriniz var.

Şir, 27 noyabr, 2023-cü il

Gün asan keçəyəcək, amma yenə də uğur qazanacaqsınız. Dözümlülük və qətiyyət bir çox maneələri dəf etməyə kömək edir. Bəziləri deyə bilər ki, siz çox inadkarsınız. Amma siz buna fikir vermirsiniz. Çətinliklər qarşısında təslim olmaq istəmirsiniz. Buna görə də təslim olmayın. Ulduzlar sizi mütləq dəstəkləyəcək.

Ev işləri həmişəkindən daha çox vaxt apara bilər. Yaxınlarınız sizin imtina edə bilməyəcəyiniz bəzi xahişlər edəcəklər. Bəzən ətrafınızdakı hay-küy sizi qıcıqlandırır.

Lakin siz mənfi emosiyaların öhdəsindən gəlməyi bacarırsınız.

Qız, 27 noyabr, 2023-cü il

Gün çox məhsuldar olacaq. Bir çox yeni işlər və vəzifələr görünür. Sən bütün işləri yaxşı idarə edə bilirsən. Uzun müddət əvvəl öyrəndikləriniz faydalı olacaq, işinizə yarayacaq. Bəzi Qızlar əvvəllər heç kimin təxmin etmədiyi istedadlarını istifadə edəcəklər.

Başqaları ilə ümumi dil tapmaq həmişə asan olmayacaq.

Siz adətən nə düşündüyünüzü deyirsiniz. Bunu hər kəs bəyənmir. Amma çox səmimisinuz. Anlaşılmazlıqlardan qaçmağa və vurğunu düzgün yerləşdirməyə imkan verən səmimiyyətiniz var.

Bu gün sizə dəstək olan insanlar bir çox mühüm məsələlərdə etibarlı müttəfiqə çevriləcəklər.

Tərəzi, 27 noyabr, 2023-cü il

Gün olduqca gərgin keçəcək. Bir işə diqqəti cəmləmək çətin olacaq. Vacib bir işi üzərinizə götürən kimi kimsə diqqətinizi yayındıracaq. Sizdən kömək, dəstək və məsləhət istəyənlər çox olacaq. Marqlı təkliflər gözlənilir. Buna baxmayaraq, məqsədlərinizdən əl çəkməyəcək, sizin üçün vacib olan işlər təxirə salmayacaqsınız. Prioritetlərinizi düzgün təyin edin.

Şansa və ya başqasının köməyinə deyil, öz güclü tərəflərinizə arxalansanız, hər şey yaxşı nəticə verəcək.

Yaxınlarınızla ünsiyyət üçün əlverişli gündür. Önəm verdiyiniz insanları yaxşı başa düşür, bir çox cəhətdən onlara dəstək olursunuz. Sevdiyiniz insanı sevindirmək və ona xoş sürpriz etmək fürsəti yaranacaq.

Əqrəb, 27 noyabr, 2023-cü il

Günün əvvəlində gərgin anlardan qaçmaq çətin olacaq. Çox şeylər plana uyğun getmədiyi üçün əsəbləşəcəksiniz.

İlknövbədə nə ilə məşğul olacağınızı müəyyən etmək hər zaman asan olmayacaq. Çünki işlər tamamilə gözlənilmədən ortaya çıxa bilər. Bu da uzun müddət gözləməyinizə səbəb ola bilər.

Zaman keçdikcə müsbət tendensiyaların təsiri artır. Məqsədlərinizə çatmaq, həm sizin, həm də yaxınlarınızın çox düşündüyü məsələləri həll etmək asanlaşacaq. Axşam xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüş üçün münasibdir. Onlar sizi çox bəyənəcəksiniz.

Oxatan, 27 noyabr, 2023-cü il

Günün ilk yarısı mühüm məsələlərin həlli üçün münasib olmayacaq.

Əvvəllər yaxşı münasibət qurduğunuz insanlarla belə anlaşmaq çətin ola bilər. Siz başqalarını anlamağa çalışırsınız. Amma bu dərhal alınmır. Buna görə də, indi müstəqil hərəkət etmək və yalnız öz güclü tərəflərinizə güvənmək tövsiyyə edilir.

Axşam həm işgüzar tərəfdaşlarla, həm də yaxınlarınızla dil tapmaq asan olacaq. Bütün görüşləriniz yaxşı keçəcək.

Bəzi Oxatanlar gələcəklə bağlı mühüm qərarlar verəcək və peşman olmayacaqlar.

Oğlaq, 27 noyabr, 2023-cü il

Günün ilk yarısı əlverişli olacaq.

Vacib və mürəkkəb məsələləri günün birinci yarısında həll etməyə çalışın.

Əvvəllər məlumatınız olmayan vəziyyətləri belə, çox rahatlıqla başa düşəcəksiniz.

Təcrübələrini bölüşmək və ya yaxşı məsləhət vermək istəyən insanlar çox olacaq. Yeni bir iş götürsəniz , tezliklə ilk nəticələrə nail olacaqsınız.

Günün ikinci yarısı daha sakit keçəcək. Düşünmək və planlar qurmaq, müxtəlif variantları müqayisə etmək üçün uğurlu gündür.

Qətiyyətli hərəkətlərə tələsməmək daha yaxşıdır. Şəxsi münasibətlərlə bağlı hər şeydə intuisiyanıza güvənin. O, sizi məyus etməyəcək.

Dolça, 27 noyabr, 2023-cü il

Bir çox işlər üçün əlverişli gündür. Əvvəllər ümidsiz görünən işlərdə irəliləyiş əldə edəcək, bəzi mürəkkəb layihələri işə sala biləcəksiniz. Siz güclü tərəflərinizə inanır, vəziyyətlər olduqca uğursuz olsa belə, planlarınızdan əl çəkmirsiniz. Kömək üçün kiməsə müraciət etmək istəməsəniz də, sizə dəstək olmaq istəyənlər çox olacaq.

Gün köhnə tanışlarla, sizi anlayan insanlarla ünsiyyət üçün münasibdir. Bəzi köhnə əlaqələri bərpa edə, mübahisə etdiyiniz insanlarla barışa bilərsiniz.

Balıq, 27 noyabr, 2023-cü il

Günün ilk yarısı qeyri-adi və yeni işlər üçün münasibdir. Bu sizin üçün asan olmaya bilər. Eyni zamanda maraqlı gün olacaq.

Öz qərarlarını verə bildiyin üçün çox xoşbəxtsən.

Siz öz sağlam düşüncənizə arxalanır, intuisiyanın səsinə qulaq asır və məqsədə ən qısa yolu tapırsınız. Bir çox cəsarətli təcrübələr uğurlu olacaq.

Günorta dostlar, qohumlar və digər yaxınlarınızla ünsiyyət üçün əlverişli olacaq.

Onları yaxşı başa düşür və hər şeydə onlara dəstək olmağa çalışırsınız. Keçmişdə olan bəzi qeyri-müəyyən vəziyyətləri bu gün başa düşəcəksiniz.

Print Email
FaceBook Twitter Google