Prokurorluğun məlumatına görə, kiber fırıldaqçılıq və dələduzluq yolu ilə 150 000 ABŞ dolları məbləğində vəsaitin əldə edilməsi faktlarına görə iki xarici ölkə vətəndaşı və iki hüquqi şəxs barəsində cinayət işi başlanıb.
Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin “Aisia” adlı kukla tamaşası Tbilisidə keçirilən uşaq və gənclər teatrlarının dördüncü beynəlxalq festivalının qalibidir.
Baş nazir İrakli Kobaxidze jurnalistin oktyabrın 26-da keçiriləcək parlament seçkilərində “Gürcü Arzusu”nun partiya siyahısı ilə bağlı sualını cavablandırıb.