Rusiya Ukraynada Rusiyaya qarşı vuruşan “Gürcü legionu”nu
“terror təşkilatları” federal siyahısına daxil edib.
Legionun özündə də Rusiyanın bu qərarı “Gürcü legionu”nun səmərəli
fəaliyyətinin sübutu kimi qiymətləndirilir.
Kremlin nəzarətində olan qurumlar bu gün, iyunun 14-də Rusiya
Federal Təhlükəsizlik Xidmətinin bəyanatını yayıb, ona əsasən,
Cənub Dairəsinin hərbi məhkəməsi “dəlillərə əsaslanaraq, “Gürcü
Milli Legionunun yarımhərbi birləşməsini” “terror təşkilatı”
kimi
tanıyıb.
"Bu, bizim səmərəli işimiz deməkdir, biz bunu davam
etdirəcəyik və bu gün Gürcü legionu Rusiyada terrorçular siyahısına
salınmasını mütləq qeyd edəcək", - Legionun rəhbəri
Mamuka Mamulaşvili "Azadlıq" radiosuna bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatında o da yazılır
ki, “Gürcü legionu” 2014-cü ildə Ukrayna Müdafiə Nazirliyinin Baş
Kəşfiyyat İdarəsinin “patronajı” altında yaradılıb və bu gün “ən
böyük silahlı birləşmədir”. Onun üzvləri Ukrayna Silahlı Qüvvələri
ilə döyüş əməliyyatlarında iştirak edir və Rusiya ərazisində
“təxribat-terror aktlarının təşkili, rus əsgərlərinə işgəncə
verilməsi və mülki şəxslərin öldürülməsi” ilə əlaqəsi olan “milli
simvollarla təchiz edilmiş” bir birləşməni təmsil edir.
Rusiya İstintaq Komitəsi Mamuka Mamulaşvili və “Gürcü legionu”nun
digər üzvlərinə qarşı muzdlu döyüşçülərin cəlb edilməsi və onların
silahlı münaqişəyə cəlb edilməsi maddələri ilə cinayət işi
açıb.
2024-cü ilin fevralında Moskvanın Basman rayon məhkəməsi
Mamulaşvilini qiyabi həbs cəzasına məhkum edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatına görə, “terror
təşkilatı” kimi tanınmaq “Gürcü legionu” üzvlərinin “cinayətkar
fəaliyyətini” Cinayət Məcəlləsinin “terrorçuluq istiqaməti”
maddələri ilə kvalifikasiya etməyə imkan verir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.