Matç zamanı avtobusların bir hissəsi pik saatlarda müəyyən edilmiş sayda hərəkət edəcək marşrutlar

Tbilisi meriyasının məlumatına görə, Avropa çempionatı zamanı Türkiyə və Gürcüstan milli komandaları arasında bu günə planlaşdırılan oyun zamanı azarkeşlərin hərəkət etməsinə şərait yaratmaq üçün bələdiyyə avtobuslarının bir hissəsi bir neçə dəqiqəlik fasilələrlə hərəkət edəcək.


“Mixail Mesxi adına stadionda keçiriləcək oyunun yayımına saat 20:00-dan 23:00-a kimi qatılacaq vətəndaşlara pik vaxtlarda göstərilən sayda avtobuslar xidmət göstərəcək.
Tədbirdə iştirak
edənlər aşağıdakı marşrutlardan istifadə edəcəklər: N173, N301, N307, N311, N345, N351, N354, N358, N359, N385 və N388”,
- məlumatda deyilir.

Yığmanın azarkeşləri Gürcüstanın Avropa çempionatındakı oyunlarını canlı yayımda Mixail Mesxi adına stadionda izləyə biləcəklər ki, bunun üçün ərazidə altı böyük ekran quraşdırılıb.

Gürcüstanın futbol komandası Avropa çempionatında ilk oyununu bu gün, iyunun 18-də Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Tbilisi vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma Almaniyanın Dortmund şəhərində, "Siqnal İduna Park"da keçiriləcək.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google