Ekspertiza iki ildir ki, 12 yaşlı yeniyetmənin ölümü ilə bağlı rəy bildirməyib
İki il öncə badamcıq əməliyyatından sonra dünyasını dəyişən Marneuli rayonun Kürtlər kənd sakini 12 yaşlı Mahal Hüryənovun bu günə qədər ölümün nəyə səbəb olduğu haqda Məhkəmə Tibbi Ekspertizası tərəfindən cavab verilməyib. Bu haqda məlumatı dünyasını dəyişmiş yeniyetmənin atası Rüzgar Hüryənov "Marneuli" radiosu ilə söhbəti zamanı verdi. Onun sözlərinə görə, əməliyyatdan öncə “Marneuli Tibbi Mərkəzi” kimi adlandırılan “Adika” MMC-də övladı
bütün tibbi müayinələrdən keçib və 2017-cı ilin 30 noyabrında əməliyyat olunub. Əməliyyat zaman onun ürəyi iki dəfə dayanıb və daha sonra komaya düşüb.

R. Hüryənovun dediyinə görə, bir neçə gün Marneulidə klinikada müalicə alan yeniyetmə, onların israrı ilə Tbilisidə yerləşən xəstəxanaların birinə köçürülüb və müalicəsi orada davam edib. Amma xəstənin vəziyyəti orada da yaxşılaşmayıb və 2018-ci ilin 9 yanvarında xəstəxanada dünyasını dəyişib. Hüryənov onu da əlavə etdi ki, uşaqda heç bir xəstəlik olmayıb.

"Saat 12-nin yarısı idi apardılar angena əməliyyatına. 15-20 dəqiqəyə burxmalı idi, 1 saat keçdi. Dedik nə oldu uşaq dedi biraz gözləyin hələ ayılmayıb narkozdan. Gözlədik saat yarım oldu dedik indi nə oldu göstərin uşağı. 2 saat keçib məcbur etdik ki, göstərin uşağı angena əməliyyatı iki saat olmaz axı. Gözətçisi bir tərəfdən həkimlər bir tərəfdən gəldilər üstümüzə ki, narahat olmayın uşağın vəziyyəti biraz pisləşmişdi indi yaxşıdır. Getdik gördük nə yaxşı, uşaq pis vəziyyətdədir, şişmişdi şi vəziyyətdi sistem qoyublar. Dedilər ürəyi pis olmuşdu biz ona kömək etdik deyir, deyirik nə kömək aparatınız da yoxdur. Deyir əlimizlə masaj etdik ayıltdıq. İndi də yuxuya gedib ki, beyni dincəlsin beyinnə addamasın", - Rüzgar Hüryanov dedi.

Rüzgarın sözlərinə görə, övladının ölümündən sonra onlar həkimləri və klinika rəhbərliyini polisə və prokurorluğa verib. O, iki il ərzində dəfələrlə aidiyyəti orqanlara müraciət edib və məsələnin düzgün araşdırılmadığına görə, bir neçə dəfə vəkili də dəyişib. Amma bu günə qədər heç bir nəticəsi olmadığını deyir.

Hüryənov övladının ölümündə həkimləri günahlandırır. O, iddia edir ki, ekspertizadan bu günə qədər cavabın gəlməməsinə səbəb onun övladını əməliyyat edən həkimlərin və klinika rəhbərliyinin aidiyyəti orqanlarla əlaqəsinin olmasıdır.

"Yəqin ki, bu həkimlərin ora ilə də əlaqələri var ki, belə edirlər, gecikdirirlər. Artıq özümüz də işləyə bilmirik. Hər gün nervilənirik ki, bu necə ola bilər dövlətin işçiləri bizi aldadırlar.Hara gedirik bizi aldadırlar, deyirlər tezliklə olacaq. Bəs nə vaxt olacaq 2 ildən artıq vaxt keçib bu tezliklədirmi", - Rüzgar Hüryanov dedi.

O, övladının ölüm səbəblərinin ekpertiza tərəfindən aydınlaşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir.

İnsan Haqları Mərkəzinin hüquqşünası Dimitri Nozadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məsələdə Rüzgar Hüryanov zərərçəkmiş qismindədir. Ekspertizanın rəyinə gəlincə isə, hüquqşünas bildirir ki, bu vaxta kimi ekspertizanı keçirəcək müvafiq həkim tapa bilmirdilər.

“Ekspertiza keçirəcək həkim tapdıq və gözləyirik, ayın sonunadək qərar olacaq”, – Dimitri Nozadze deyir.

İnsan Haqları Mərkəzinin hüquqşünası qeyd etdi ki, ekspertizanın nəticələri açıqlandıqdan sonra konkret şəxslərin məsuliyyətə cəlb olunması məsələsi də qaldırılacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google