Marneulinin uşaq bağçalarından birində işləyən əməkdaşın
dediyinə görə, Uşaq Bağçaları Birliyi onları Tbilisiyə, “Ailə
Müqəddəsliyi Gününə” getməyə məcbur edir və əməkhaqqlarını
kəsəcəkləri ilə hədələyir.
“Marneuli” radiosuna Marneulili mülki fəal məlumat verib. Mülki
fəalın məlumatına görə, bağça əməkdaşı onunla şəxsən əlaqə saxlayıb
və Uşaq Bağçaları Birliyi tərəfindən hədələndiyi barədə məlumat
verib.
Bağça əməkdaşının yazışmasından gizliliyi qorumaq zəmanəti
ilə
istifadə edə bildik. Bağça əməkdaşı o dərəcədə qorxub ki,
yazışmanın skrinini paylaşmağa da razı olmadı və bizdən xahiş etdi
ki, yazışma stilindən onu tanımasınlar deyə, yazışmanın məzmununu
bizə deyəcək.
Bağça əməkdaşı bildirir ki, iki gün əvvəl mükafat alıb və bu gün
bildiriblər ki, “Ailə müqəddəsliyi günü” aksiyaya getməlidir. Əks
halda onun əməkhaqqından mükafatı çıxacaqlar.
17 may tarixində, Ailə Müqəddəsliyi Gününə Marneulidən də
qoşulacaqlar. Məktəb müəllimlərinin səfərbər edilməsi barədə
məlumat yayılıb. Bir neçə kənddən müəllimlər “Marneuli” radiosu bu
barədə məlumatı təsdiq ediblər, onlardan yürüşə qoşulmağı tələb
ediblər.
Marneuli və Hucabi yeparxiyası da Tbilisidə anons edilən yürüşə
qoşulacaq. Onların möminlərə etdiyi müraciətdə deyildiyi kimi,
yürüş Kaşuetidən Sameba kilsəsinə qədər davam edəcək.
Gürcüstan hökuməti 17 may tarixini tətil günü elan edib.