NDI: Əksəriyyətin fikrincə, təhsilin keyfiyyətinin aşağı olması sistemin ən böyük problemidir
NDI-nin sorğusuna əsasən, respondentlərin əksəriyyəti təhsilin keyfiyyətinin aşağı olmasını sistemin ən böyük problemi hesab edir.

Araşdırma zamanı müəyyən edilib ki, hazırda Gürcüstanda təhsil sisteminin üzləşdiyi ən böyük üç problem hansılardır.

Müəllimlərin/mühazirəçilərin aşağı ixtisas səviyyəsi və universitetlərdə yüksək təhsil haqları da ilk üç problemə daxil edilib.

Kitabların və maarifləndirici materialların baha olması, kitabların keyfiyyətinin aşağı olması
və sair də vətəndaşların problemidir.

Araşdırmalara görə, digər yaşayış məntəqələri ilə müqayisədə təhsil sisteminin üzləşdiyi problemlər Tbilisi sakinləri tərəfindən daha tənqidi qiymətləndirilir.

Qadınlarla kişilər arasında cüzi fərq var: daha çox qadın problem kimi təhsilin qiymətini göstərir.

Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google