Bələdiyyə Məclisi üçün binanın tikintisinə görə elan edilmiş tender baş tutmayıb
Marneuli Bələdiyyə Məclisi binasının tikintisi üçün elan edilmiş tender baş tutmayıb. İki milyonluq tenderdə heç bir şirkət iştirak etməyib. Meriyanın yeni tenderi nə zaman elan edəcəyi məlum deyil.

Yerli özünüidarə yeni binanın tikintisinə 2 156 344 lari xərcləməyi planlaşdırır. Tender sənədlərinə görə, bina ikimərtəbəli olacaq. Bələdiyyə Məclisinə yeni binanın tikilməsinə bələdiyyənin qanunvericilik orqanında işləyən şəxslərin sayının
çox olması səbəb olub.

Marneuli meriyası Bələdiyyə Məclisi binasının smeta sənədlərinin hazırlanmasına 72 000 lari xərcləyib. Binanın tikintisi üçün vəsait yerli büdcədən, 50% 2024-cü ildə, 50% 2025-ci ildə maliyyələşdiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google