Meriya dəmiryolunda keçidin quraşdırılmasına 5514 lari ödəyib
Marneuli meriyası dəmiryolunda keçidin quraşdırılmasına 5514 lari ödəyib.

Yerli özünüidarə Gürcüstan Dəmiryolu ilə sadələşdirilmiş müqavilə bağlayıb.

“Müqavilənin tərkib hissəsi olan auditlə təsdiq edilmiş xərclər smetasına əsasən Marneuli şəhərində avtomobil körpüsünün bərpası işləri ilə əlaqədar müvəqqəti dəmir yolu keçid panelinin quraşdırılması üzrə xidmətlərin dövlət alqı-satqısı”, – sadələşdirilmiş alqı-satqı tenderində yazılıb.

Marneulidə, Mağalaşvili körpüsünün altında alternativ maşın keçidi 15 dekabr tarixində açılıb. Bu barədə Gürcüstan Dəmiryolu ilə razılıqla, Marneulidə hərəkətin çətinləşməsinə görə, qərar qəbul edilib.

Mağalaşvili körpüsü aparılan yenidənqurma işlərinə görə, 30 noyabr tarixində, 20 günlük bağlanıb.

Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş aydan artıqdır, davam edir. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti olaraq 150 gün, təxminən 5 ay müəyyən edilib. Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, şirkətə işləri həyata keçirmək üçün 25
dekabra qədər vaxt verilmişdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google