Marneuli Bələdiyyə Məclisində vəzifəli şəxslərin və aparat
əməkdaşlarının əməkhaqqı artırılıb.
1 yanvar tarixindən Bələdiyyə Məclisi əməkdaşlarının əməkhaqqı 10%
artıb, bununla əlaqədar Bələdiyyə Məclisinin 25 dekabr tarixində
baş tutan iclasında qərar qəbul olunub.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin əməkhaqqı
5566 laridən 6122 lariyə qədər artıb. Sədrin birinci müavini Tariel
Məmmədovun əməkhaqqı 4791 lari olub, daha iki müavin – Rövşən
İsgəndərov və Riçard Qiqaninin əməkhaqqı isə 3859 lariyə qədər
artıb.
Marneuli Bələdiyyə Məclisində 2 fraksiya yaradılıb – “Gürcü Arzusu”
və “Vahid Milli Hərəkat”. “Gürcü Arzusu” fraksiyasının sədri Besik
Qelenidze, “Vahid Milli Hərəkat” fraksiyasının sədri isə Laşa
Kveladzedir. Onlar hər ay 2928 lari əməkhaqqı alacaqlar. “Gürcü
Arzusu” fraksiyası sədrinin 7 müavini var, onlar Omar İrişov, Maia
Qelaşvili, Vano Burnadze, Adil Qurbanov, Ceyhun Çoydarov, Arsen
Axverdyan və Levan Akopyandır. “VMH” fraksiya sədrinin isə bir
müavini var, Ramal Əhmədov. Fraksiya sədrlərinin müavinləri
əməkhaqqı olaraq 2 395 lari alacaqlar. Marneuli Bələdiyyə Məclisi
Komissiyalarının 5 sədrinin əməkhaqqı da 3327 lariyə qədər
artıb.
Bələdiyyə Məclisinin vəzifəli şəxsləri ilə yanaşı aparat
əməkdaşlarının da əməkhaqqı artıb. Aparat rəhbərinin əməkhaqqı 3857
lari olub. Bələdiyyə Məclisi Aparatında 4 şöbə fəaliyyət göstərir,
onların rəhbərlərinin əməkhaqqı da 3059 lariyə qədər artıb.
- Üçüncü dərəcəli birinci kateqoriyalı baş mütəxəssis/baş
dövlət vəzifəsini 7 nəfər tutur və onların əməkhaqqı 2261
laridir.
- Üçüncü dərəcəli ikinci kateqoriyalı baş mütəxəssis/baş
dövlət vəzifəsini 14 nəfər tutur və onların əməkhaqqı 2128 lari
olub.
- Dördüncü dərəcəli birinci kateqoriyalı baş
mütəxəssis/baş dövlət vəzifəsini 2 nəfər tutur və onların əməkhaqqı
1862 laridir.