Marneulili Qiorqi Mumladzeyə hücum ediblər
Marneulili Qiorqi Mumladzeyə hücum ediblər. Hadisə onun yaşadığı evə yaxın, Tsereteli kəndində baş verib. Müxalifətçi "Tv Pirveliyə" verdiyi müsahibəsində bildirib ki, ona maskalı şəxslər hücum ediblər.

Yaşadığım evin yaxınlığında, təxminən 40 metr məsafədə Toyota Camry məni izləyirdi. Video çəkməyə başladım, maşını geri çəkdi və 4 nəfər maskalı adam düşdü və mənimlə mübahisəyə başladılar. Paltarlarımı cırdılar, telefonuma
hücum etdilər və əlimdən aldılar. Buradan birbaşa demək istəyirəm, Bidzina İvanişvilinin anasını. 2 yaşlı övladım hər yerə mənimlə gedir, yaxşı ki, onunla birlikdə deyildim. Yəqin onu da döyərdilər. Birbaşa İvanişviliyə və adamlarına müraciət edirəm, buna siz cavabdehsiniz. Öz kəndlim olan dəstəkçilərinə müraciət edirəm, buna kimlər qoşulmuşdu, hamınız cavab verəcəksiniz. Nə Bidzina İvanişvili, nə də onun adamları məni qorxuda bilməzlər
” – Qiorqi Mumladze “TV Pirveli”-yə bildirib.

Bu müxalifətçilərə hücum olunan ilk hal deyil, belə faktlar başqa bir neçə nəfərə qarşı da həyata keçirilib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google