Marneuli meriyası bayram lövhələri üçün təkrar tender elan edib
Marneuli meriyası bayram lövhələrinin yerləşdirilməsi üçün təkrar tender elan edib.

İlk tender 18 yanvar tarixində elan olunmuşdu və tenderdə heç kim iştirak etməmişdi. Yeni tender 31 yanvar tarixində elan olunub. Tenderin dəyəri dəyişməyib.

Meriya 30 ədəd banerin mərhələli şəkildə yerləşdirilməsinə 15 300 lari xərcləyəcək.

Tenderə görə, qalib şirkət meriyanın tələbinə uyğun olaraq 2024-cü il ərzində
banerləri hazırlamalı olacaq.

Marneuli meriyası 7 bayram üçün lövhələrin hazırlanması və quraşdıırlmasını planlaşdırır:
  • Mart – Novruz bayramı, 6 lövhə
  • Aprel – Pasxa, 6 lövhə
  • Avqust – Mariamoba, 3 lövhə
  • Sentyabr – Marneuloba, 5 lövhə
  • Dekabr – Yeni il, 5 lövhə
  • Dekabr – Milad bayramı, 5 lövhə
Marneuli yerli özünüidarəsi tərəfindən məlumat və təbrik lövhələrinin dizaynının hazırlanması, quraşdırılması və sökülməsi xidməti üçün elan edilmiş ikinci tenderdə 6-8 fevral tarixlərində iştirak etmək mümkündür.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google