Kəndə dəstək proqramı üçün ideyaları meriyaya da təqdim etmək mümkündür
Kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək layihə ideyalarını meriyaya da təqdim etmək mümkündür.

Yerli özünüidarə xüsusi formalar yayımlayıb və vətəndaşlar ideyalarını meriyaya, inzibati vahidliklərdə merin nümayəndələrinə və elektron poçt ünvanına - This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it ə göndərə bilərlər.

Bələdiyyənin veb-səhifəsində yayımlanmış məlumata görə, layihə təklifləri 12 fevral tarixinə qədər qəbul olunacaq.

Marneuli bələdiyyəsinin inzibati vahidliklərində kəndə dəstək proqramı çərçivəsində toplantılar/məsləhətlər 12 fevraldan 26 fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.
Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.

Kəndə dəstək proqramı çərçivəsində yerli əhalinin qərarı ilə müxtəlif layihələrin həyata keçirilməsi mümkün olacaq:
  • İçməli su sistemləri (Həmçinin quyular, su kəmərləri, baş tikililər, təmizləyici qurğular və s.);
  • Suvarma sistemləri;
  • Kanalizasiya arxları;
  • Sahil bərkitmə işləri;
  • Yollar və yolkənarı dayanacaqlar; Eləcə də səkilər və digər yol infrastrukturu;
  • Körpülər, keçidlər;
  • Küçə işıqları;
  • Məktəb ərazisinin abadlaşdırılması;
  • Məktəbəqədər təhsil müəssisələri və müvafiq inventar;
  • Ambulatoriya binaları;
  • Qəbiristanlıqların hasarlanması və abadlaşdırılması;
  • İdman infrastrukturu, meydançalar və meydançaların inventarı;
  • Müvafiq inventar ilə təchiz olunmuş parklar, həmçinin, uşaq parkları, eləcə də istirahət məkanları, ayaqyolu;
  • Dəyirmanların və müvafiq inventarların bərpası;
  • Mini SES-lər və belə stansiyaların bərpası;
  • Coğrafi obyektlərin ad və ünvanlarına uyğun olaraq, müvafiq nişanların, eləcə də turistlər üçün yerləri göstərən nişanların yerləşdirilməsi.

12.16px;">"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google