Mayın 9-na keçən gecə “Agent qanunu”na qarşı çıxan fəallara qarşı
fiziki zorakılıq davam edib.
“Qirçi - Daha çox azadlıq” partiyasının üzvü Boris Çele Kuruaya
hücum edilib. O, Facebook səhifəsində bir neçə nəfər tərəfindən
döyüldüyünü yazır.
"Məni döydülər. Mən də vurdum, amma onların əllərində
nəsə var idi və mənə üstün gəldilər", - o yazıb.
Partiyası yaralı
Boris Çele Kuruanın fotolarını yayıb.
“Axali” partiyasının üzvü Nodar Çaçanidze də döyülüb. Onunla bağlı
məlumatı partiyanın mətbuat xidməti də təsdiqləyib. “Pirveli”
telekanalı ilə söhbətində Nodar Çaçanidze bildirib ki, ona 4 nəfər
hücum edib. Onun sözlərinə görə, yıxıldığı halda yenə də döyüblər,
bu zaman əlləri ilə üzünü örtə bilib:
"Getdim, üzümü zədələmək istədilər və əllərimlə üzümü
bağladım, bir az vurdular, amma xoşbəxtlikdən üzümü zədələyə
bilmədilər. Bir neçə saniyə davam etdi... Heyf ki, gənc atletik
oğlanlar belə dəhşətli işləri görməli
olurlar”.
Mayın 9-da Marneuli rayonunun Tsereteli kəndində 4 nəfər Vahid
Milli Hərəkat Partiyasının üzvü Qiorqi Mumladzeyə hücum edərək ona
fiziki təzyiq göstərib. Onun sözlərinə görə, hücum edənlər
avtomobillə evinin yaxınlığında dayanıb onu izləyiblər və onun
telefonu ilə foto və video çəkdiyini gördükdən sonra ona hücum
ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.