Marneuli Bələdiyyə Məclisinin qərarı ilə meriyanın iki əməkdaşının
əməkhaqqı artırılacaq.
Bələdiyyə Məclisinin 28 iyun tarixində baş tutan iclasında
məsələlərdən biri əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslərin
əməkhaqqı miqdarının müəyyən edilməsi ilə bağlı idi.
Marneuli Bələdiyyə Məclisinə məsələni müzakirə etmək üçün Meriyanın
İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze təqdim edib. Şubitidze
məsələni təqdim edən zaman bildirib ki,
Nəzarət Xidmətində işləyən
iki nəfər əmək müqaviləsi ilə öz öhdəliklərindən daha artıq
funksiya yerinə yetirirlər və buna görə də onların əməkhaqqının
artırılmasını tələb edib.
“Marneuli meriyasında əmək müqaviləsi ilə işə
götürülmüş şəxslərin sayı və onların əməkhaqqı haqqında razılıqla
bağlı Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr N80
qərarında dəyişiklik edilməsini istəyirik. Dəyişiklik Nəzarət
Xidməti tərəfindən verilmiş izahatnamə əsasında yaranıb.
İzahatnamədə Nəzarət Şöbəsinə əməkdaşlardan biri müqavilə əsasında
işə götürülüb, əmək müqaviləsi ilə qeyd olunmuş funksiyalar ilə
müqayisədə daha çox, daha çətin iş yerinər yetirir. Müvafiq olaraq,
əməkhaqqının artırılması tələb olunur və Nəzarət Xidmətində də
eyni, analoji vəziyyət var. Xahiş edirik, məsələni səsverməyə
çıxarasınız ki, dəyişiklik edilsin”, – Mamuka
Şubitidze bildirib.
28 iyun tarixində Marneuli Bələdiyyə Məclisinin növbədənkənar
iclası baş tutub. İclasda üç məsələ müzakirə olunub və hər üç
məsələ ilə bağlı müsbət qərar qəbul olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415