Bu gün, 29 iyun tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan
Evi”ndə “Müasir Təlim Texnologiyaları” adlı kitabın təqdimatı
keçirilib.
Tədbir “Azərbaycan Evi”nin dəstəyi ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin direktoru Məhəbbət
İmanov iştirakçıları salamlayaraq bildirib ki, bir neçə gün öncə
Gürcüstanın futbol üzrə milli komandasının Avropa çempionatında
möhtəşəm və tarixi qələbəsi münasibətilə iştirakçıları təbrik
edib
və milli komandaya növbəti mərəhələdə uğurlar arzu edib.
O, çıxışında professor Sərdar Yusubovun həyatı və elmi yaradıcılığı
haqqıında iştirakçılara məlumat verib. Bildirib ki, S. Yusubov Bakı
Dövlət Universitetnin tarix fakultəsini bitirdikdən sonra,
təyinatla Azərbaycanın Laçın rayonunda orta məktəbdə tarix fənindən
dərs deyib. Daha sonra o, öz vətəninə qaydıraq Marneulidə orta
məktəblərdə və İlya Cavcavadze adına Tbilisi Dövlət Universitetinin
Marneuli filialında tarix fənindən dərs deyib, 2016-2020-ci illərdə
İakob Qoqebaşivili adına Telavi dövlət Universitetində təhsil
elmləri fakultəsində doktorluq dissertasiyasını müdafiyə edib,
təhsil elmlər doktoru akademik elmi dərəcəsini almışdır. İşlədiyi
müddət ərzində qabaqcıl təcrübəyə əsaslanaraq “Müasir Təlim
Texnologiyaları” adlı tədris vəsayitini tərtib edib. Etnopedoqoqika
elmi sahəsi üzrə ilk mütəxəsisdir.
Sonra çıxış edən professor Sərdar Yusubov müəllifi olduğu kitab
haqqında bildirib ki, kitabda müasir elmin və pedaqoji təcrübənin
nailiyyətləri əsasında müasir təlimin təkmilləşdirilməsinin nəzəri
əsasları geniş planda təqdim olunub. Vəsait yeni mövzular, dünya
pedaqoji prosesindəki innovasiyaları əks etdirən, yeni müasir təlim
texnologiyaları ilə zənginləşdirir.
Bu vəsait, pedaqoji universitetin məzunları, magistrlər,
doktorantlar üçün ümumtəhsil məktəblərinin müəllimləri və ali
məktəbin pedaqoji fakultələrinin təcrübəçi müəllimləri üçün nəzərdə
tutulub.
Gürcüstanın Təhsil elm nazirliyinin 24 yanvar 2020-ci il tarixində
ünvanladığı MES 82000073953 şriftli məktubu ilə tədris vəsaitinə
rəy verilmiş və onun təhsil müəssisələrində istifadə olunması
tövsiyyə edildiyini bildirib.
Daha sonra çıxış edənlər Gürcüstan Elmlər Akademiyasının müxbir
üzvü Ketevan Vardanişvili, Gürcüstan parlamentinin keçmiş deputatı
Ramiz Bəkirov, Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadə,
İqtisadiyyat üzrə fəlsəfə doktoru Tacəddin Quliyev, Azərbaycan dili
və ədəbiyyat müəlliməsi Fatma Əliyeva, Algeti 1 saylı ictimai
məktəbinin direktoru Musa Omarav, baş müəllim Hümbət Fərəcov, gürcü
yazar Quram Qurqenişvili, yazıçı publisist Bəhram Mehdi və
başqaları çıxış edərək müəllifi təbrik edib, elmi yaradıcılığında
uğurlar arzulayaraq bildiriblər ki, kitab tam məqəsədə uyğun olaraq
şagird və tələbələrin müasir təlim texnologiyalarından
yararlanmasında mühüm rol oynayacağına əminliyini ifadə
ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415