Tsereteli kəndində 17 yaşlı gənc intihar edib

Marneuli bələdiyyəsinin Tsereteli kəndində 17 yaşlı gənc intihar edib.


“Marneuli” radiosunun əldə etdiyi məlumata görə, yeniyetmə özünü asıb. Verilən məlumata görə, intihar edən gənc evdə məktub da yazıb qoyub. Lakin məktubun məzmunu hələlik
məlum deyil.
Dünyasını dəyişmiş gənc ekspertizaya aparılıb.

“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı məlumat almağa çalışsa da, nazirlikdən hələlik məsələnin araşdırıldığını bildiriblər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google