Prezident Salome Zurabişvili Tbilisinin Rustaveli prospektində
keçirilən etiraz aksiyasının dağıdılmasına münasibət bildirib
və yazıb ki, Tbilisidə dinc etirazçılara qarşı “tamamilə əsassız və
qeyri-mütənasib” güc tətbiq edilir.
"Tam məsuliyyət bütövlükdə hökumətin üzərinə düşür.
Gürcü xalqı dinc etiraz etmək hüququndan məhrum
edilib", - prezident X sosial şəbəkəsində yazıb.
Prezident Salome Zurabişvili Daxili İşlər Nazirliyinə də
müraciət
edərək Tbilisi küçələrində dinc nümayişin dağıdılmasını
dayandırmağa çağırıb.
Çərşənbə axşamı, aprelin 30-da Gürcüstan parlamentində son bir neçə
gündə kütləvi etirazlara səbəb olan “Agentlər haqqında qanun”un
müzakirəsi ikinci oxunuşda davam etdirilib.
Gürcüstanın tərəfdaşları iddia edirlər ki, bu qanun layihəsi qanuna
çevrilərsə, ölkənin Avropaya inteqrasiyasına qarşı çıxacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.