Marneulidə mandatur xidmətinə 3 vakansiya elan olunub
Marneulidə mandatur xidmətinə 3 vakansiya elan olunub. Təhsil müəssisəsinin mandatur xidmətinin veb-səhifəsində yayımlanmış məlumata görə, Marneuli şəhərində , Əzizkənddə, Şulaveri kəndində mandatur axtarırlar.

Mandatur olaraq təyin oluna bilər:
  • 21 yaşından etibarən Gürcüstanın əmək qabiliyyətli vətəndaşı;
  • Məhkumluğu olmayan;
  • Peşə təhsili və ya tam ümumi təhsil ilə yanaşı ali təhsil;
  • Dövlət dilini bilən;
  • Vəzifə borcunu yerinə yetirmək üçün müvafiq sağlamlıq vəziyyəti olan;
Əmək
haqqı: 1125 lari (köçürülən).

Müsabiqədə iştirak etmək istəyən şəxslərin ərizələrinin qəbulu 2024-cü ilin 30 iyun tarixinə qədər qəbul olunacaq. Ərizə forması This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it elektron poçt ünvanına göndərilməlidir. Elektron poçt ünvanına göndəriləcək sənədlər bunlardır:
  • Aplikasiya forması (tam doldurulmuş, skaner variantı deyil);
  • Şəxsiyyəti təsdiq edən vəsiqə;
Təhsili təsdiq edən sənəd:
  • Ali təhsili təsdiq edən sənəd və ya peşə təhsilini təsdiq edən sənəd və attestat (ümumtəhsil müəssisəsinin yalnız baza səviyyəsini bitirdikdə, həmin sənədin ümumtəhsili təsdiq edən sənədə bərabər olmasını əhatə edən peşə təhsilini təsdiq edən sənədin həqiqiliyinin təsdiqi);

Əlavə məlumat üçün linkə daxil olun.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google