Qardabanidə məktəb yaxınlığında baş verən partlayışda 15 yaşlı məktəbli həyatını itirib
Qardabanidə yerləşən məktəblərdən birinin yaxınlığında partlayış baş verib.

Hadisə zamanı 11 və 15 yaşlı iki qardaş yaralanıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Lakin yaralananlardan biri, 15 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. 

Valideynlərin məlumatına görə, hadisənin hansı səbəblərdən baş verdiyi onlara məlum deyil. 

"Uşaqlar məktəbdən evə gəldikləri zaman bir şey tapıblar, amma nə olduğunu bilmirik. O tapdıqları hər nə idisə partlayıb”, - valideyin bildirib.



Mənbə: mtavari.tv


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები