Marneuli meriyası iftar süfrəsini 22 850 lariyə açıb

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Ramazan ayı ilə əlaqədar iftar süfrəsini 3 aprel tarixində açıb, dövlət alqı-satqı saytında sadələşdirilmiş müqaviləni isə 16 aprel tarixində yayımlayıb.


Marneuli meriyasının yayımladığı sadələşdirilmiş müqaviləyə görə, yerli özünüidarə iftar süfrəsinin açılmasını fərdi sahibkar Elçin Əliyevə tapşırıb.

“Bildiyiniz kimi, Ramazan ayı bütün müsəlmanlar üçün vacibdir. Cari ilin 3 aprel tarixində, ənənəvi olaraq iftar süfrəsi açılacaq və süfrədə 340-350 nəfər dəvət olunmuş qonaq iştirak edəcək.

Xahiş edirik, müvafiq xidmətə şam yeməyinin təşkil edilməsi xidməti ilə əlaqədar tapşırıq verəsiniz”,
– Marneuli merinə iftar süfrəsinin açılması ilə əlaqədar Marneuli şəhər inzibati vahidliyinə merin nümayəndəsi Elçin Cəfərli müraciət edib.

Marneuli merinin sərəncamına görə, iftar süfrəsi 340-350 nəfər üçün açılıb. Fərdi sahibkar Elçin Əliyevlə bağlanmış təqdimetmə-təhvilvermə aktına görə, Marneuli meriyası qonaqları qarşılamaq üçün 22 850 lari xərcləyib.

“Marneuli bələdiyyə meri Kənan Ömərov, Bələdiyyə Məclisi sədri Amiran Qiorqadze ilə birlikdə şam yeməyində Müsəlmanlar İdarəsinin ruhani liderlərini, Kvemo Kartli Bölgə rəhbərliyini və qonşu bələdiyyələrin rəhbər şəxslərini, Gürcüstan Parlamentinin üzvlərini, diplomatik korpus nümayəndələrini, dindarları qarşılayıb”, – Marneuli meriyasının yayımladığı məlumatda qeyd olunur.

Marneuli meriyası iftar süfrəsini 2023-cü ildə də açımışdı. Ötən il meriya süfrəni sadələşdirilmiş izahatnaməyə görə, 280-290 nəfər üçün açıb və 18 195 lari xərcləyib.

2023-cü ildə iftar sürfəsində heç bir qadın iştirak etməyib. Bu il meriya tərəfindən yayımlanmış fotolardan görünür ki, iftar süfrəsində Marneuli Bələdiyyə Məclsinin üzvü və Aparatın əməkdaşı olan maksimum 10 qadın iştirak edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google