Tbilisi meriyasının qərarına əsasən, hakim partiyanın - “Gürcü
arzusu”nun mitinqinə gələn sürücülər paytaxtda
pulsuz parkinqdən həzz alıblar. Bunun üçün xüsusi yerlər ayırıblar
- onların arasında avtobus zolaqları və piyada yolları zəbt
olunub.
Hakim partiya “Agent qanunu”nu dəstəkləmək üçün bölgələrdən
minlərlə insanı yüzlərlə maşında gətirib. Tbilisidə əvvəlcədən
alınmış parkinq xidməti olmayan sürücülər bələdiyyə tərəfindən 50
lari cərimə olunurlar.
“Tədbirin miqyasından asılı olaraq müxtəlif təşkilati
tədbirlər tələb olunur. Buna uyğun olaraq, toplaşmaq üçün lazımi
dayanacaq yerləri əvvəlcədən müəyyən edilib”, -
Tbilisi meriyası AzadlıqRadiosuna bildirib.
Bundan əlavə, bələdiyyənin mətbuat xidməti qeyd edib ki,
dayanacaqların qalan hissəsinə “qanunla müəyyən edilmiş qaydalar”
şamil edilir.
Dünən, aprelin 29-da Tbilisidə, parlament binası qarşısında hakim
partiya “Agent qanunu”na dəstək aksiyası keçirib. Bu, son günlər
paytaxtda “Agent qanunu”na qarşı davam edən kütləvi etiraz
aksiyalarınq əks aksiyadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.