Marneuli bələdiyyəsinin yerli özünüidarəsi üç kənddə içməli su
nasoslarının alınması üçün “PN” MMC ilə sadələşdirilmiş müqavilə
bağlayıb.
Marneuli meriyası tərəfindən yayımlanmış müqaviləyə əsasən,
Tserakvi, Tsopi, Qiulbağ kəndlərində su nasosları sıradan çıxıbmış
və dəyişdirilməyə ehtiyac var idi.
“Bildiyiniz kimi, 2024-cü ilin 4 aprel tarixində
Xocorni inzibati vahidliyinin nümayəndəsi, eləcə də Tserakvi
sakinləri kollektiv ərizə ilə bizə müraciət ediblər. Onlar
bildirirlər ki, Tserakvi, Tsopi və Qiulbağ kəndlərində yerləşən
içməli su nasosları sıradan çıxıb və buna görə, qeyd olunan
kəndlərin əhalisinə içməli su verilmir, onlar tədbir aparılmasını
tələb edirlər.
Yuxarıda qeyd olunanla əlaqədar bizim xidmət məsələni yerində
araşdırdı və nəticədə müəyyən olundu ki, Tserakvi, Tsopi, Qiulbağ
kəndlərində içməli su nasosu sıradan çıxıb və təmir olunmur, həmin
kəndlər üçün yeni nasosların alınmasına ehtiyac var”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.
Marneuli meriyası üç kənddə içməli su nasosunun alınmasına 10 807
lari 67 tetri ödəyib.
“PN” MMC ilə bağlanmış sadələşdirilmiş müqaviləyə görə, şirkət
işləri 26 aprelə qədər yerinə yetirib və kəndlərə içməli su
nasosları artıq quraşdırılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.