Digər fəal Leri Darcania Tbilisidəki evində hücuma və fiziki
təzyiqə məruz qalıb.
Yaralının dostunun Facebook-da yazdığına görə, Darcaniya səhər saat
8-də evinin yaxınlığında 7 nəfərin hücumuna məruz qalıb:
“Bu gün səhər saat 8-də dostum Leri Darcanianı “Gürcü
arzusunun” “tituşkaları” təxminən 7 nəfər qarşılayıb və ona fiziki
təzyiq göstəriblər. “Gürcü arzusu” tərəfdən siyasi hesablaşma
bitmir... Bildilər ki, Leri güləşçidir, “Gürcü arzusunun” tulaları
yaxşı biliblər ki, 1-2 nəfərlə Lerinin öhdəsindən gələ bilməzlər..
amma oktyabrın 26-da buna sərt cavab veriləcək", -
deyə fəal Datuna Danelia yazıb.
Onun sözlərinə görə, Darcania hücumdan sonra klinikaya aparılmalı
olub.
Gürcüstan Daxili İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata
görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin zorakılıqdan
bəhs edən 126-cı maddəsi ilə istintaq başlayıb.
Agentlik fəala hücuma görə kiminsə həbs edilib-edilməməsi ilə bağlı
suala cavab olaraq bildirir ki, hazırda istintaq tədbirləri davam
etdirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.