VİDEO - Sahibsiz itlərin problemini həll etmək üçün meriya Kirəç-Muğanlı sakinlərindən rəsmi məktub tələb edir

Kirəç Muğanlı kəndində sahibsiz itlər sakinləri narahat edir. Sakinlərin sözlərinə görə sahibsiz itlərin küçədə sürü ilə gəzməsi onlar üçün təhlükə yaradır.

Kənd sakinləri deyirlər ki, küçələrində toplaşan sahibsiz itlərin çox olması onları qorxuya salır.

İtlərin çoxluğundan şikayətçi olan sakinlər itlərin küçədə toplaşmasının əsasən qoca və uşaqlar üçün təhlükə yaratdığını deyirlər.

İtlər kənd məktəbinin ərazisində də müşahidə olunur. Məktəb müəllimləri bildirirlər ki, onlar məktəblilərin sağlamlıq və rahatlığına görə məsuliyyət daşıyırlar. Onlar itlərin şagirdlərə hücum etməməsi üçün gün ərzində məktəb həyətində nəzarətdə durduqlarını dedilər.

Müəllimlər onu da qeyd etdi ki, şagirdlər müxtəlif saatlarda dərsdən evə getdirlər və hər saat məktəblilərə nəzarət etmək mümkün olmur.

Sakinlər sahibsiz itlərlə bağlı hara müraciət edəcəkləri haqda məlumatsızdırlar, bu səbəbdən də onlar "Marneuli" radiosuna müraciət etdilər.

Onların sözlərinə görə, itləri küçədən uzaqlaşdırmağa çalışsalar da itlər insanlara hücuma edərək dişləyirlər.

Demək olar ki, meriya da əhalinin məlumatlandırılmasında əsas rol oynayacaq ümud verici cavab vermir və deyirlər ki, Kirəç-Muğanlı əhalisi problemlə bağlı məktubla müraciət etməlidirlər və problemi meriya itlərin xidməti üçün elan edilmiş tender çərçivəsində həll edəcək. Onu da unutmamalıyıq ki, məktubun müzakirəsinə 10 gün lazımdır. Rəqəm daha arta bilər çünki meriya tərəfindən vaxtında yazılan cavabı nadir hallarda xatırlayırıq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google