Rusiyada üç uşaq yanğında ölüb
Rusiyanın Kirov şəhərində taxtadan olan fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə RİA “Novosti” xəbər verir.

Qeyd olunub ki, Borodulin küçəsindəki yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində üçü azyaşlı olmaqla bir neçə nəfər ölüb, 13 sakin evakuasiya edilib.

Hazırda ölənlərin və yaralıların sayı dəqiqləşdirilir.
Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google