404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Gürcüstan Rusiya, Ermənistan, Azərbaycan və digər 3 ölkə ilə sərhədləri açır
Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul edib.

Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, martın 1-dən etibarən Azərbaycan vətəndaşları neqativ cavablı PCR testi ilə hava yolu ilə Gürcüstana daxil ola biləcəklər.

Baş nazir qeyd edib ki, qaydalar Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarusa da aid ediləcək.

İ. Qaribaşvili vurğulayıb ki, ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq.

Qeyd edək ki, Qurumlararası Koordinasiya Şurasının daha əvvəl qəbul etdiyi qaydalara əsasən, Azərbaycan vətəndaşları yeni növ koronavirus (COVID-19) əleyhinə hər iki doza peyvəndin vurulmasını göstərən sənəd təqdim etməli idilər.

Mənbə: apa.az
FaceBook Twitter Google
დაიცავი დისტანცია