Bələdiyyə nəqliyyatı şənbə-bazar günlərdi də işləyəcək
Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən bələdiyyə nəqliyyatı şənbə-bazar günləri də işləyəcək. Bu barədə məlumatı hökumət administrasiyası yayımlayıb.

Baş nazir İrakli Qaribaşvilinin Koordinasiya Şurasının bugünkü iclasından sonra keçirilən brifinqdə təqdim etdiyi məhdudiyyətlərin mərhələli şəkildə götürülməsi planı çərçivəsində şəhərlərarası nəqliyyat sabahdan, 25 fevral tarixindən fəaliyyətə başlayacaq.

Sərnişinlər üçün maska taxmaq məcburi olaraq qalır. Bələdiyyə nəqliyyatında istilik-sərniləndirici sistemin qurulması yenə də qadağan olunacaq. Baş nazirin bugünkü brifinqdə qeyd etdiyinə görə, tətbiq edilmiş tənzimləmələrin həyata keçirilməsinə ciddi nəzarət ediləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google