Gürcüstanda koronavirus xəstələrinin 40-50 faizində “delta” ştamı aşkarlanıb
Gürcüstanda koronavirusa yoluxanların 40-50 faizində “delta” ştamı aşkarlanıb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, artıq ölkədə “delta+” (dlta pylus) ştamına yoluxma da qeydə alınıb. Onların sayı hələlik 2 nəfər olsa da, bu rəqəmin artacağı istisna edilmir. Mərkəz rəhbəri deyib ki, “delta+” daha tez yayılan virusdur.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda koronavirusa yoluxanların sayında da kəskin artım qeydə alınıb.

Son 24 saatda ölkədə daha 3141 nəfərdə koronavirus aşkarlanıb. 1509 nəfər xəstəlikdən sağalıb, 20 pasiyent isə pandemiyanın qurbanı olub.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 410 min 830-a, ölənlərin sayı isə 5751-ə çatıb.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google