Marneuli rayonunda yeniyetmə və gənclər arasında şahmat turniri
keçirilib.
Hər il sentyabrın 23-dən 30-dək Gürcüstanda Avropa İdman Həftəsi
keçirilir. Turnir də məhz “Avropa İdman Həftəsi -2021” çərçivəsində
baş tutub.
Turnirdə 18 gənc və yeniyetmə iştirak edib.
Sonda qaliblər mükafatlandırılıblar.
Azərbaycanlı gənc idmançılar Rəvan Abdullayev I, Turan Həsənov II,
Mehdi Gərəkməzli III-cü yerə layiq görülüblər.
Digər fərqlənən idmançılara da xatirə hədiyyələri təqdim
olunub.
Mənbə: azertac.az