Sakrebulo iclasları ilə paralel keçirilən mitinqlərdə 6 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Sakrebulo iclasları ilə paralel keçirilən etiraz aksiyaları zamanı Zuqdididə 2, Acarıstanda isə 4 nəfər polisə tabe olmamaq ittihamı ilə saxlanılıb.

Daxili İşlər Nazirliyi bildirir ki, polis davam edən mitinqlərlə əlaqədar səfərbərliyini davam etdirir və ictimai asayişi qoruyacaq.

“Asayişin qorunması üçün Daxili İşlər Nazirliyinin bütün aidiyyəti bölmələri iştirak edir. Daxili İşlər Nazirliyi asayişin qorunmasına cavabdeh orqan kimi aksiyanın təşkilatçılarını, siyasi liderləri və toplaşan vətəndaşları toplantı və ifadə zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, polisin qanuni tələblərinə tabe olmağa çağırır. Əks halda polis öz səlahiyyətləri çərçivəsində hərəkət edəcək və hər bir qanun pozuntusunun qarşısı dərhal alınacaq”
, - DİN-in açıqlamasında bildirilir.

Batumi və Zuqdidi sakrebuloları etirazlar fonunda 2021-ci ilin büdcəsini köhnə tərkiblə təsdiqləyib. Sessiyalarla paralel keçirilən aksiyada polis bir neçə nəfəri həbs edib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google