Sinoptiklərin məlumatına görə, noyabrın 27-də Qərbi Gürcüstanda
havalar düzələcək, Şərqi Gürcüstanda isə buludlu və dumanlı hava
gözlənilir.
Noyabrın 28-29-da Şərqi Gürcüstanda buludlu və yağmursuz hava
gözlənilir. Havanın temperaturu +14 dərəcəyə qədər artacaq.
Noyabrın 28-29-da Qərbi Gürcüstanda buludlu hava şəraitinin
üstünlük təşkil edəcəyi gözlənilir. Burada havanın temperaturu +17,
+19 dərəcə olacaq.
Noyabrın 28-29-da paytaxtda buludlu hava şəraitinin üstünlük təşkil
edəcəyi, Tbilisidə havanın temperaturunun +14, +16 dərəcə isti
olacağı gözlənilir.