“Pəncərə” “təqlid edilməl qadınlar” video müsabiqəsini elan edib

“Pəncərə” platforması gender zorakılığına qarşı 16 günlük kampaniya çərçivəsində “rol model qadınlar” mövzusunda müsabiqə elan edib.



“Pəncərə” tərəfindən yayımlanmış bəyanata görə, müsabiqədə etnik Azərbaycanlı gənclər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyi olan gənclər “mənim üçün rol model qadın” mövzusunda maksimum 40 saniyəlik video hazırlamalıdır. Video MP4 formatda olmalıdır və tamaşaçını müsabiqə iştirakçısı üçün rol model qadının kim olduğu, nə üçün rol model olduğu ilə tanış etməlidir.

“Müsabiqə üçün göndəriləcək işlər iki mərhələdə seçiləcək. Birinci mərhələdə “Pəncərə”nin “İnstagram” səhifəsində yayımlanacaq işlər seçiləcək. İkinci mərhələdə isə “İnstagram” səhifəsinə yerləşdirilmiş işlər arasından 3 qalib müəyyən ediləcək.

Qaliblər sonrakı nominasiyalarda müəyyən ediləcək: “Ən çox “İnstagram” şərhi”, “Ən çox “İnstagram” baxışı” və “Pəncərə” komandasının seçimi” – “Pəncərənin” məlumatında qeyd olunub.

Video materialların yayımlanmasına 10 dekabr tarixindən başlanılacaq, qaliblər isə 24 dekabr tarixində elan olunacaq.
Müsabiqədə iştirak etmək istəyən gənclər öz işlərini aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google