Kobaxidzenin sözlərinə görə, Federasiya rəhbərliyinin də "Xidmətlərə görə" ordeninə namizədliyi irəli sürüləcək
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, milli komandanın oyunçularından başqa, bütün məşqçilər korpusu və federasiya rəhbərliyi “Şərəf” ordeni ilə təltif olunacaq. O, bu barədə hökumətin dünən keçirilən iclasında danışıb.

“Dünən biz parlamentin sədri Şalva Papuaşvili ilə birgə qərar qəbul etdik ki, qürurverici komandamızın üzvləri bütün milli komanda üçün fəxri fərmanlarla təltif olunsun. Dəqiqləşdirmək istərdim ki, final matçlarına çağırılan 26 futbolçu mükafatlandırılacaq. Onların hər birini “Şərəf” ordeni alması münasibətilə təbrik edirəm.

Həmçinin, bütün məşqçilər korpusuna və Federasiya rəhbərliyinə “Şərəf” ordeni təqdim olunacaq. Bunlar həqiqətən layiqli insanlardır və bu, onların ölkədən və dövlətdən ala biləcəkləri minimum qiymətdir. Sizi bir daha təbrik etmək, futbolçularımızı, milli komandamızı, federasiyanı təbrik etmək istəyirəm və əminəm ki, qarşıda böyük qələbələr, uğurlar gözləyir. Ən əsası, millimizə Avropa çempionatında uğurlar arzulayıram”,
- deyə baş nazir bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google