Almaniya səfiri Tbilisidəki mitinqin dağıdılması ilə bağlı: zorakılıq dayandırılmalıdır
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer X (keçmiş Twitter) Tbilisidə "agentlər qanunu"na qarşı etirazlara və aprelin 30-a keçən gecə mitinqin yatırılmasına münasibət bildirib.

"Zorakılığa son qoyulmalıdır. Bu, heç vaxt həll yolu deyil. Almaniya və Avropa İttifaqı bu hadisələri diqqətlə izləyir və qiymətləndirir. Biz Gürcüstanın sülh, azadlıq və inkişaf yolunda tərəfdaşları və dostlarıyıq", - Peter Fişer yazıb.

Gürcüstan parlamentinin
əksəriyyəti aprelin 17-də “Agentlər haqqında qanun”u (xarici təsirin şəffaflığı haqqında qanun layihəsini) birinci oxunuşda qəbul edib. Qanun layihəsinin geri götürülməsi tələbi ilə minlərlə etiraz aksiyasına baxmayaraq, aprelin 30-da parlament plenar iclasda layihəyə ikinci oxunuşda baxılmağa başladı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google