Gürcüstanın futbol komandası Avropa çempionatının qrup
mərhələsinin final oyununda Portuqaliya millisi ilə
qarşılaşacaq.
Qarşılaşma Gelzenkirxendə Tbilisi vaxtı ilə saat 23:00-da
başlayacaq.
Məlum olduğu kimi, Avropa çempionatının ilk oyununu iyunun 18-də
Gürcüstan millisi Türkiyəyə qarşı keçirib və 1:3 hesabı ilə uduzub,
iyunun 22-də keçirilən ikinci görüşdə
isə Çexiya millisi ilə görüş
heç-heçə - 1:1yekunlaşıb.
AVRO 2024 oyunlarının açıq şoularını Gürcüstanın bütün şəhərlərində
böyük ekranlarda görmək mümkündür. Oyun Tbilisidəki Mixeil Mesxi
adına stadionda nümayiş olunacaq.