Marneuli bələdiyyəsində 6 küçədə təmassız patrul yol hərəkət
nişanları yerləşdirilib.
Rustaveli, Qudiaşvili, 26 may, Kostava, Çoloğaşvili və Ağmaşenebeli
küçələrində 30 yerdə dayanmağı qadağan edən nişanlar
yerləşdirilib.
Meriyanın İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka
Abdelani “Marneuli” radiosuna bildirdi ki, yerli özünüidarə patrul
polisinin müraciəti əsasında lövhələrin quraşdırılmasını təmin
edib.
“Bu ilin əvvəlində patrul polisinə müraciət etmişdik.
Təmassız patrul yol nişanlarının quraşdırılması tələb edirdik. Bizə
lövhələrin harada quraşdırılmasını özləri göstərdilər. Həmin yol
zonasında cərimələr və qaydalar patrul polisinin özü tərəfindən
tənzimlənir. Onlar əsasən mərkəzi küçələrdə yerləşir. Dayanmanın
qadağan edildiyi yerlərdə avtomobil saxlanılan zaman (vətəndaşlar)
foto, videomaterial çəkə bilər və (patrul polisinə) zəng etmədən
sürücülərə cərimə göndəriləcək”, – Beka Abdelani
deyir.
Təmassız patrul yol hərəkəti tənzimləməsinin vasitələrindən biridir
və bu zaman sürücünü dayandırmadan pozuntu qeydə alınır və
cərimələnir. Bu vasitə çox ölkələrdə mövcuddur və yol hərəkəti
qaydaları pozuntusunun qarşısının alınmasına xidmət göstərir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415