Marneulidə “Yay bağçasına” 70 uşaq qeydiyyatdan keçib
Marneulinin yay bağçasına 70 uşaq qeydiyyatdan keçib. Bu barədə Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov məlumat verib. Onun sözlərinə görə, bağça 1 iyuldan fəliyyətə başlayacaq. Yay bağçası yalnız işləyən valideynlər üçün nəzərdə tutulub.

Marneulidə “Yay bağçalarının” fəaliyyət təcrübəsi illərdir var. Yay bağçasının fəaliyyətini bələdiyyədə 1 saylı uşaq bağçası həyata keçirir. Bu il həmin bağça şagirdləri
üçün iki qrup açılacaq.

Təhsil müəssisəsinə qeydiyyat 30 iyun tarixində qədər mümkündür.

Bağçaya qeydiyyat üçün lazımı sənədlər:
  • Uşaqğın doğum şəhadətnaməsinin notarius ilə təsdiqlənmiş surəti,
  • Sağlamlıq haqqında arayış,
  • 4 fotoşəkil (3/4),
  • Valideynin şəxsiyyət vəsiqəsinin surəti,
  • Qeydiyyat kartı.
Bundan əlavə:
  • Sosial statusun və ya köçkün statusunun mövcudluğu haqqında sənədin təqdim edilməsi.
  • Eyni zamanda, fiziki imkanları məhdud şəxs statusunu təsdiq edən sənəd. (mövcud olduqda)
  • Qeyd edək ki, uşaqların qeydiyyatı 12 bağçada aparılacaq.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google