“Ona görə ki, gürcüdür” – Marneuli məktəbində kimə şalvar geyinməyi qadağan edirlər?
Marneuli bələdiyyəsinin Sadaxlı kənd 2 saylı ictimai məktəbində pedaqoq və şagirdlərə şalvar geyinmək qadağan olunub. Valideynlər deyirlər ki, rəhbərliyin qərarına etiraz edirlər, ancaq nəticə yoxdur. Gizliliyi qorumaqla qeydə aldığımız valideyn deyir ki, direktor orta və baza pilləsindəki şagirdlərdən məktəbə ətəklə gəlməyi tələb edir və şalvar geyinməyə icazə vermir.

“İllərlə bizim məktəbdə qadın müəllimlərin və qızların şalvar
geyinməsi ciddi bir problemə çevrilib. Müəllimlərə və 7-ci sinifdən 12-ci sinifə qədər qızlara şalvar geyinməyə icazə yoxdur. Valideynlər Ombudsmana da müraciət etmişik və məktəbə məktub gəldi. Həmin məktub nəticəsində islaslar keçirildi, valideynlər direktor səlahiyyətlərini icra edən şəxsin yanına da getdilər. Amma heç bir nəticə vermədi. Eyni kənddə iki-üç məktəb var. Yan tərəfdə qızlar və qadın müəllimlər şalvar geyinir, bizim məktəbdə geyinmirlər. Daxili nizam-intizam qaydasında geyimlə bağlı heç nə yazılmayıb. Sadəcə dərsin başlaması və bitməsi haqqında məlumat qeyd olunub. Bizim məktəbdə yaşlı müəllim çoxdur və gənc müəllimlərin sayı azdır. Ona görə də, iclaslarda müdiriyyət nə deyirsə, yaşlı müəllimlər onu təsdiqləyir və gənc müəllimlərin fikirlərini bildirməklərinə imkan verilmir. Onlar etirazlarını bildirsələr də, əhəmiyyət verən yoxdur. Biz istəyirik ki, bu işin gedişatını səbəbi bilək. Biz XI-ci əsrdə yaşayırıq və şalvarın ədəb-ərkan qaydalarını pozduğunu deyirlər. Bu problemin bir nəticə tapmasını istəyirik”,
– valideynlərdən birinin müraciətində bildirilir.

Valideyn bildirir ki, direktorun tətbiq etdiyi qaydaya tabe olmayan yeganə şəxs gürcü dili müəllimidir. Natia Mania 10 ildən artıqdır ki, Sadaxlı 2 saylı ictimai məktəbində dərs keçir. O, qeyd edir ki, ona birbaşa heç kim məhdudiyyət qoymayıb. Məktəbdə tətbiq edilmiş “geyim qaydası” haqqında isə şagirdlərdən eşidib.

“Əsasən şalvar geyinirəm, nadir hallarda ətək geyinərəm. Heç bir qeyd verilməyib, yalnız nadir hallarda don geyinəndə hamı tərifləyirdi ki, çox yaraşır, həmişə belə geyin. Həqiqətən də heç vaxt heç kim söz deməyib ki, olmaz, yaxud qadağandır. Mən də fikir verməmişəm ki, bütün müəllimlər don geyinir, düşünürdüm ki, öz seçimləridir. Uşaqlardan eşitdim ki, şalvar geyinib məktəbə gəlmək olmaz. Məndən soruşurudular ki, dərsdən sonra, günün ikinci yarısında dərnəyə gələndə şalvar geyinmək olarmı. Belə sual verdiklərinə təəccübləndim, dərs zamanı qadağandır və buna görə bizimlə dalaşırlar dedilər. Məktəbə bir neçə gənc müəllim qəbul olunub və sonra öyrəndim ki, müəyyən narazılıqlar olub. Müəllim məktəbə şalvar geyinib gələndə onu danlayırlarmış. Bu yalnız direktor tərəfindən olmurmuş, yaşlı müəllimlər də söz deyirmiş. Bilirəm ki, başqaları direktordan soruşublar ki, əgər bizə şalvar geyinmək olmazsa Natia niyə geyinir və onlara deyib ki, çünki o, gürcüdür. Məntiqin nədə olduğunu başa düşmürəm”, – Natia Mania bildirir.

Məlumatı aydınlaşdırmaq üçün “Marneuli” radiosu Sadaxlı 2 saylı ictimai məktəbinin direktoru Faiq Şərifovla əlaqə saxladı və məktəbdə müəllimlərin, şagirdlərin şalvar geyinməsini qadağan edən daxili qaydasının olub olmamasını soruşdu. Məsələ səs-küyə səbəb olduqdan sonra direktor bizim verdyimiz suala belə cavab verir ki, təhsil müəssisəsində geyim qaydaları tətbiq olunmayıb və seçimdə azaddırlar.

“Geyimdə heç bir məhdudiyyət yoxdur geyinə bilərlər, sərbəstdirlər. Belə qayda-qanun yoxdur. Sadəcə onlara təklif olunub ki, ətək də geyinə bilərsiniz və ya bu şəkildə də gələ bilərsiniz. Yəni, heç bir məhdudiyyət qoyulmayıb. Məktəbin nizam-intizamında şagirdin məktəbə uyğun şəkildə geyinməli olduğu yazılıb. Tutaq ki, şagird məktəbə cırıq şalvarla və ya fərqli məna verən yazılı paltarla gəlirsə, onda icazə verilmir. Valideyn necə istəsə övladını elə geyindirib göndərə bilər”.

Direktor Xalq Müdafiəçisindən gələn məktubu təsdiq edir və bildirir ki, onlara da məktəbdə heç bir geyim qaydasının olmadığını izah edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google