İyunun 24-də səhər Bakının Şüvəlan qəsəbəsində əvvəllər məhkum
olunmuş Rövşən Allahverdiyev (1986-cı ildə anadan olub)
saxlanılarkən silahlı müqavimət göstərib.
Allahverdiyev ailə üzvlərinin arxasında gizlənərək “Lancaster”
markalı ov tüfəngindən atəş açıb, üç polis məmurunu və bir mülki
şəxsi öldürüb. Bu barədə Daxili İşlər Nazirliyinin və Baş
Prokurorluğun birgə məlumatında deyilir.
Rövşən Allahverdiyev cavab atəşilə öldürülüb, faktla
bağlı cinayət
işi açılıb, istintaq gedir.
Onu da əlavə edək ki, xidməti vəzifələrini yerinə yetirərkən həlak
olanlar - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir
Ağayev və polis serjantı Mirəli Heydərovdur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415